Məhkəmə qərarları › İş №3(060)-497/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-497/2022

16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-497/2022 16.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li, 16.02.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs 18.01.2022-ci il tarixdə Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 29/18 binasında yerləşən 31-ci mənzilin qarşısında saat 00:15 radələrində Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X2 bildirdi ki, Şəxs 18.01.2022-ci il tarixdə Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 29/18 binasında yerləşən 31-ci mənzilin qarşısında saat 00:15 radələrində Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Orxan Bağırlı tərəfindən 21.01.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə göndərilmiş, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs göstərdi ki, Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən kafedə qullquçu işləyir. Səhər saat 08 radələrində yaşadığı evdən çıxıb gecə 00 radələrində yaşadığı mənzilə qayıdır. 17 yanvar 2022-ci il tarixdə saat 23 radələrində övladı mobil telefona cavab vermədiyi üçün narahat olmuş və tanışı Samirə zəng vurub işdən çıxa bilmədiyi üçün yaşadığı evə gedib övladı ilə maraqlanmağını ondan xahiş etmişdir. Samir yaşadığı evə gedib bildirmişdir ki, mənzilin qapısını döyüb, lakin açan olmayıb. Qonşusu Rasim ona qapılarını döydüyü üçün irad tutmuşdur. Bundan bir neçə dəqiqə sonra o yaşadığı evə qayıtmışdır. Evə qayıdıb qapını açanda Rasim yaşadığı mənzilin qapısını açıb ona "gecə evinə gələn kişinin kim olduğunu" soruşmuşdur. O isə ona cavab vermişdir ki, öz işidir, özünün evidir. Bununla da aralarında sözlü mübahisə düşmüşdür. O Rasimə heç bir formada fiziki zor tətbiq etməmişdir. Onu sillə ilə vurmamışdır. Rasim ilə aralarında yalnız sözlü mübahisə olmuşdur. Bunların nəzərə alınaraq barəsindəki işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs göstərdi ki, onunla qonşu, yəni 31ci mənzildə Mətanət adlı qadın kirayədə yaşayır. Həmin qadın yüngül həyat tərzi keçirən bir şəxsdir. Buna görə də həmin qadının qonşuluqda yaşaması onun və ailə üzvlərinin narahatçılığına səbəb olur. 18 yanvar 2022-ci il tarixdə saat 00:15 radələrində Mətanətin yaşadığı mənzilin qapısının döyülməsi səsinə yuxudan durmuşdur. Qapını açdıqda bir nəfər şəxsin Mətanətin yaşadığı mənzilin qapısını səslə döydüyünü görüb ondan kim olduğunu, gecə vaxtı nə üçün səs-küy saldığını soruşduqda həmin şəxs sakit tərzdə həmin yerdən uzaqlaşmışdır. O yaşadığı evə getdikdən bir neçə dəqiqə sonra qapının zərblə döyüldüyünə görə qapını açmışdır. Qapını açdıqda Mətanət oğlu ilə birlikdə ünvanına nalayiq ifadələr işlətmiş və ona "mənim yanıma kim gəlib-gedirsə, onun sənə heç bir dəxli yoxdur" deyə ifadələr işlətmişdir. O isə ona cavab verdikdə Mətanət sillə ilə sifət nahiyəsinə zərbə endirməyə başlamışdır. Şəxs ilə barışmaq istəmir, onun tənbeh edilməsini xahiş edir. İşdə olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Orxan Bağırlı tərəfindən qəbul edilmiş 21.01.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti 1-ci PB-nə təqdim edilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 80 saylı, 18.01.2022-ci il tarixli rəyindən görünür ki, 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxsnın bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol almacıq nahiyyəsinin qançırı. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, 18.01.2022-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi, məsuliyyətini yüngülləşdirən hal peşman olması və himayəsində 2014-cü il təvəllüdlü uşağının olmasıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, məsuliyyətini yüngülləşdirən halı, himayəsində 14 yaşına çatmamış uşağının olmasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar