Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-498/2024 07.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X1, Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt ŞPİ DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.8-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, 25 noyabr 2023-cü il tarixdə, saat 13 radələrində sürücü Şəxs Sumqayıt şəhəri Bulvar küçəsində idarə etdiyi “Karsan Jest” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Khazar LX” minik markalı, **-PT-*** d.q.n-lı avtomobillə toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X2 bildirdi ki, 25 noyabr 2023-cü il tarixdə saat 13 radələrində sürücü Şəxs Sumqayıt şəhəri Bulvar küçəsində idarə etdiyi “Karsan Jest” markalı, **-AE- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Khazar LX” minik markalı, **-PT-*** d.q.n-lı avtomobillə toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Araşdırma nəticəsində Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev tərəfindən 27 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, material aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin DYPŞ-ə göndərilmiş, Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş bu səbəbdən sonuncu barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək bildirdi ki, “Karsan Jest” markalı, **- AE-*** d.n.nişanlı mikroavtobusu yol vərəqəsi əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 13:00 radələrində o, idarə etdiyi mikroavtobusla Sumqayıt şəhəri, Bulvar küçəsi ilə saatda 60 km sürətlə sağdan birinci zolaqla hərəkətdə olduğu vaxt onunla eyni zolaqda “Khazar” markalı avtomobilin öndə getdiyini görüb sol zolağa manevr edib hərəkətini qeyd edilən sürətlə davam etdirərkən həmin avtomobil sola dönmə işığını yandıraraq sağ zolaqdan sola manevr etdiyindən o, həmin avtomobilin sol qabaq qapısı istiqamətindən çırpılmışdır. Hadisə zamanı onun idarə etdiyi mikroavtobusda bir neçə sərnişin olmuş, onlar ciddi bədən xəsarətləri almamışlar. Bildirir ki, hadisə zamanı spirtli içki təsiri altında olmamış, hadisə yerinə polis əməkdaşları gəlmiş və müvafiq sənədləşdirmə aparılmışdır. Həmin küçədə maksimum sürət həddinin 40 km saat olduğunu bilir. Əməlindən peşmandır, təqsirini etiraf edir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Qeyd olunanlara əsasən barəsində yüngül tənbeh məhkəmədən xahiş edir. Şəxs 07 mart 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, “Khazar LX” minik markalı, **-PT- *** d.n.n-lı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 13:00 radələrində o, idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, Bulvar küçəsi ilə saatda 30 km sürətlə hərəkətdə olan zaman arxasında sağ zolaqla hərəkətdə olan “Karsan” markalı mikroavtobusun hərəkətini görürmüş, o, sol solaqda hərəkət olmadığını görüb sola dönmə işığını yandırıb əks istiqamətli yola çıxmaq üçün manevr etdikdə mikroavtobus da anidən sol zolağa çıxmış və onun avtomobilinə sol yan qapılarından çırpılmış, hadisədən sonra hər ikisi əks istiqamətli yolda dayanmışlar. Bildirir ki, hadisə zamanı o, bədən xəsarəti aldığından müayinə olunmaqdan ötrü Sumqayıt şəhər TTYX-nə müraciət etmişdir. Hadisədən sonra oraya polis əməkdaşları gəlmiş və müvafiq sənədləşdirmə işləri aparmışlar. Hadisə vaxtı spirtli içki təsiri altında olmamış və avtomobildə tək olmuşdur. Hazırda Şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs 07 mart 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Elsevər Quliyev 27 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, yol-nəqliyyat hadisəsi faktına dair aparılmış araşdırma zamanı toplanmış sübutların məcmusuna əsasən material üzrə cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmiş, hadisəni törətmiş Zərərçəkmiş şəxs əməlində İXM-nin 327.1-ci maddəsinin, Şəxs əməlində İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğunsuzluq olduğuna görə onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan “MTE və PA Birliyi” X4 Sumqayıt şəhər Şöbəsinin məhkəmətibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 83 saylı ekspert rəyinə əsasən Şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol bazu oynağının şişkinlik və ağrı hesaına hərəkət məhdudluğu ilə müşayət olunan yumşaq toxumalarının şişkinlik fonunda əziyi, sol bazu oynağını əhatə edən geniş ölçülü qançırı xəsarətləri. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, tibbi yardıma müraciət etdiyi vaxtdan 3-5 əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə YNHsi zamanı yarana bilərdilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan “MTE və PA Birliyi” X4 Sumqayıt şəhər Şöbəsinin məhkəmətibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 1921 saylı ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol diz büküşünün, sol baldırın yuxarı 1/3-nin bayır səthinin 2(iki) ədəd alının sol hissəsinin 3( üç) ədəd yaraları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərəçəkmisin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə saölamlığm qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2023-cü il tarixli, 5955 nömrəli aktdan görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:45-də müayinə olunmuş, nə narkotik vasitə nə də spirtli içki qəbul etməsi faktı aşkar edilməmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2023-cü il tarixli, 5956 nömrəli aktdan görünür ki, sürücü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:55də müayinə olunmuş, nə narkotik vasitə nə də spirtli içki qəbul etməsi faktı aşkar edilməmişdir. Beləliklə məhkəmə hesab edir, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapır. Ona görə də, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 327.8-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İ hissəsinə görə Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını məsuliyyəti yüngüləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hər hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-498/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-498/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver