Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-499/2024 04.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-si müvafiq olaraq gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:04 radələrində idarə etdiyi avtomobillə digər avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərarla cinayət işinin başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə protokol tərtib edilməsi üçün qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞnə göndərilmişdir. Bildirmək istəyir ki, o, Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərardan Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermiş və şikayətin baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Lakin buna baxmayaraq Sumqayıt ŞPİ-nin DYPŞ-si barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Yuxarıda göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİnin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə bildirişindən görünür ki, Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərarından şikayətə baxılması 06 mart 2024-cü il tarixə saat 09:30-a Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İş materiallarından müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞnə göndərilmişdir. Sumqayıt ŞPİ-nin DYPŞ-si də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Lakin Şəxs məhkəmə baxışı zamanı məhkəmə bildirişi təqdim edərək Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan şikayət vermiş və şikayətin baxılması 06 mart 2024-cü il tarixə saat 09:30-a Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Beləliklə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib olunmasına səbəb olmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan şikayət verildiyindən və əmələ hüquqi qiymət verilmədiyindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİnin DYPŞ-nə geri qaytarılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin DYPŞ-nə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-499/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-499/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver