Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-5/2022 02.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, xx.xx.1970-ci ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Siyəzən rayon Beşdam kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, St Sumqayıt qəs, 43 N-li məktəbin yaxınlığı, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 18.03.2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 01.10.2020-ci il tarixdə, saat 14:00 radələrində Sumqayıt şəhəri, St. Sumqayıt qəsəbəsi, 43 saylı məktəbin yanında X1 döyərək onun sağlamlığına dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Eyni zamanda Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə 18.03.2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 17.03.2021-ci il tarixdə, saat 10:40 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasında polis əməkdaşı Z.Rüstəmovu uca səslə söyüb təhqir etmişdir. Ona görə də Şəxs barəsində tərtib edilmiş İnzibati Xəta haqqında protokol baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 18.03.2021-ci il tarixli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə inzibati xəta haqqında materiallar 3(060)-895/2021 nömrə ilə məhkəmənin icraatına qəbul edilmişdir. İşdən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasına gəlmədiyindən işə baxılması 29 mart 2021-ci il tarixə, həmin gün də gəlmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı ilə işə baxılma müddəti uzadılmış, işə baxılması 09 aprel 2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasları barədə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məlumat verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsin 09 aprel 2021-ci il tarixli qərardadı ilə işə baxılması 14 aprel 2021-ci il tarixə, saat 14:25-ə təxirə salınması və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs 14 aprel 2021-ci il tarixdə, saat 14:25-də məhkəmə iclasına gətirilməsi qərara alınmış, onun məhkəmə iclasına gətirilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilmişdir. 14 aprel 2021-ci il tarixdə, saat 14:25-də Şəxs yenə də məhkəmə iclasına gəlməmiş, onun iştirakı təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsində başqa hakimin icraatında olan, Şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət üzrə 6(060)-26/2021 saylı işə 22 aprel 2021-ci il tarixdə, saat 16:15-də baxılacağı nəzərə alınaraq işə baxılması 22 aprel 2021-ci il tarixə, saat 17:00-a təxirə salınmışdır. 22 aprel 2021-ci il tarixdə, saat 17:00-da Şəxs yenə də məhkəmə iclasına gəlməmiş, onun iştirakı təmin edilməmişdir. Verilmiş məlumata əsasən Şəxs 22 aprel 2021-ci il tarixdə, saat 16:15-də 6(060)-26/2021 saylı işə baxılmasında iştirak etmiş, həmin iclasdan sonra getmişdir. Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları da onun məhkəmə iclasına gətirilməsini təmin edə bilməmişlər. Bundan sonra Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-895/2021 nömrəli, 23.04.2021-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1970-ci ildə Xaçmaz rayonu, Çarxıquş kəndində doğulmuş, Siyəzən rayonu, Beşdam kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, st. Sumqayıt qəsəbəsində fərdi evdə yaşayan Şəxs inzibati qaydada tutulması və tutulduqda dərhal Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmış və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat Şəxs tutulunadək dayandırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşdən görünür ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında tərtib edilmiş protokollar 18.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və bununla da inzibati xətanın törədildiyi vaxtdan bir il keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5, 53.0.6 və 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510cu maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.6cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-5/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-5/2022
02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver