Məhkəmə qərarları › İş №3(060)-500/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-500/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-500/2023 24.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Məmmədov Elçin Qüdrət oğlu icraatımda olan Binəqədi rayon Polisi İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə işin baxılmağa hazırlanması zamanı baxaraq, müəyyən etdim: Sumqayıt Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Binəqədi rayon Polis İdarəsinə geri qaytarılmalıdır. İş materialında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3183/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində İXM-nin 328.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında protokolun Şəxs rəsmi təqdim olunması barədə iş materiallarına hər hansı bir mötəbər sənəd əlavə olunmaqdığından İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş İXP ******* №li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Binəqədi rayon Polis İdarəsinə geri qaytarılmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında protokolun Şəxs rəsmi təqdim olunması barədə iş materiallarına bildiriş və ya bildirişi alması barədə hər hansı bir mötəbər sənəd əlavə edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 3183/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunan çatışmazlıq aradan qaldırılmadan təkrar olaraq yenidən eyni pozuntularla Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş protokol məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolun məhkəməyə ünvanlanan müşayiət məktubunda çatışmazlıqların aradan qaldırılması qeyd edilsə də, yuxarıda göstərildiyi kimi qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. İXM-nin 106 və 106.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib edilməməsi araşdırılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun vətəndaş Şəxs rəsmi təqdim olunması barədə iş materiallarına hər hansı bir mötəbər sənəd əlavə olunmaqdığından İXP ******* №li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Binəqədi rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Binəqədi rayon Polisi İdarəsinə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar