Məhkəmə qərarları › İş №3(060)-501/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-501/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-501/2025 10.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resusları Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin, Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resusları Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi, Təhqiqat şöbəsinin inzibati xəta haqqında 19 fevral 2025-ci il tarixli, EP № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Dəniz Nəqliyyatı və Enerji Resusları Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi, Təhqiqat şöbəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 485.2-ci maddəsinə əsasən tərtib edilmiş 19 fevral 2025-ci il tarixli, EP №01786185 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzindən Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 3200/012/000688 nömrəli raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, Rusiya Federasiyasında fəaliyyət göstərən “QOQ LSV” şirkəti tərəfindən "xxxx" MMC-nin ünvanına göndərilən “dizel və benzin mühərriklər üçün yağlar” adlı mallar xx.xx.2024-cü il tarixdə saat 13:14-də “Samur” gömrük postundan keçməklə ölkə ərazisinə daxil olmuş, həmin mallar 31 iyul 2024-cü il tarixdə **********5428 sorğu nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Rəsmiləşdirmə zamanı müəyyən edilmişdir ki, şirkət tərəfindən **********5428 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilən mallar üçün gömrük orqanına təqdim edilən xx.xx.2024-cü il tarixli **********7316 sorqu nömrəli qısa idxal bəyannaməsi qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim edilməmişdir. Araşdırma ilə əlaqədar Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, sözügedən bəyannamə üzrə idxal edilmiş mallara dair gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi mallar, Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl təqdim edilməmişdir. Şirkət tərəfindən gömrük orqanına təqdim edilən xx.xx.2024-cü il tarixli **********7316 sorğu nömrəli qısa idxal bəyannaməsi qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim edilməmiş, nəticədə həmin MMC tərəfindən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Rövşən Məmmədov protokolun məzmununa uyğun izahat verərək protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bidirdi ki, mallar gömrük ərazisinə xx.xx.2024-cü il tarixdə saat 13:14 qəqiqədə daxil olduğu nəzərə alınsa, həmin mallara dair müəssisə tərəfindən X8 12:14-dəqiqədə verilməli idi. Lakin Bəyənnamə mallar Gömrük ərazisinə daxil olmamışdan 01 saat əvvəl deyil, 53-cü dəqiqə əvvəl verilmiş, nəticədə inzibati xəta hadisəsi baş vermişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, Dövlət Gömrük Komitəsi tərəfindən təmsil etdiyi MMC barəsində tərtib edilmiş protokolu tam qanunsuz və əsassız hesab edir. Qeyd edir ki, X5 Gömrük orqanına təqdim edilməsi üçün nəzərdə tutulmuş gömrük ödənişi MMC tərəfindən vaxtında ödənilmişdir. Bu hal artıq MMC-nin gömrük rəsmiləşdirilməsinə niyyətinin olması ilə barəbər bununla bağlı davranışlarının qanuni əsaslar təşkil etməsinin göstəricisi olmuşdur. Ramil Bayramov qeyd etmişdir ki, MMC tərəfindən 29 iyul 2024-cü il tarixdə saat 12:04:57-ci dəqiqədə ölkəyə gətirilən mallar barədə Gömrük orqanının elektron sistemində **********731 saylı sorğu yerləşdirilmiş, həmin sorğu Dəniz Nəqliyyatı və Enerji Resusları Baş Gömrük İdarəsində həmin tarixdə saat 12:05:59 dəqiqə qeydiyyata alınmış, bundan sonra mallar 13:14:16 dəqiqədə gömrük ərazisinə daxil olmuşdur. Qeyd edir ki, burdan belə nəticəyə gəlmək olar ki, mallar gömrük ərazisinə daxil olmamışdan 01 saat 09 dəqiqə öncə gömrük orqana X9 təqdim edilmişdir. X9 üçün ödənilən və Gömrük məcəlləsi ilə müəyyən edilmiş gömrük ödənişinin MMC təfərindən ödənilməsi bunun bir daha göstəricisi olduğunu bildirmişdir. İdarənin Təhqiqat şöbəsində araşdırma aparılarkən müəssisənin nümayəndəsi Cəlal Əliyev tərəfindən etirafedici izahat verməsinə münasibətdə qeyd edir ki, sonuncu həmin izahatı verərkən həyəcanlı olmuş, müvafiq sənədlərə istinad etmədən izahat vermişdir. Hesab edir ki, hazırki iş üzrə icraata MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Məhkəmə iclasında Nümayəndə2 tərəfindən verilmiş şifahi vəsatət əsasında əlavə şahid qismində izahatı alınmış X4 izahatında bildirdi ki, o, MMC-də kommersiya direktoru vəzifəsində çalışır. Qeyd edir ki, MMC onlar üçün ölkəyə mal gətirən avtomobillər gömrük ərazisinə daxil olmamışdan öncə X9ni təqdim etmişlər. Həmin tarixdən bu günki tarixədək müəssisə tərəfindən Gömrük orqanına kifayət qədər çoxlu sayda X6 təqdim edilmişdir. Bu hadisəyə münasibətdə bildirir ki, həmin araşdırmada özü iştirak etmiş, ondan təhqiqat şöbəsində “bəyənnamənin hansı səbəbdən vaxtında təqdim edilməməsi soruşulmuş” o, cavabında X9ni mallar ölkəyə gətirilməmişdən öncə təqdim etdiklərini bildirdiyini qeyd etmişdir. Qeyd edir ki, əslində həmin bəyənnamə MMC tərəfindən vaxtında verilmişdir. Hadisə yay aylarında olduğu üçün Təhqiqat şöbəsində izahat verərkən müəyyən tarixləri unutmuş, istinad edəcəyi sənədlər onda olmamışdır. Əlavə olaraq bildirir ki, X5 təqdim edilməsi üçün nəzərdə tutulmuş Gömrük ödənişini öncədən ödəmişlər. Həmin məbləğ 35 manat 40 qəpik təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, **********5428 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyənnaməsindən görünür ki, "xxxx" MMC-nin ünvanına dizel və benzin mühərrikləri üçün yağlar yükü daxil olmuşdur. **********7316 saylı X3 görünür ki, xx.xx.2024-cü il tarixdə MMC-nin ünvanına göndərilən mallar barədə Gömrük orqanına X9 təqdim edilmişdir. Həmin bəyənnamənin 47-ci xanasında 35.40 manat məbləğində gömrük ödənəşinin ödənildiyi öz təsdiqini tapmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən İXMnin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq edilmədiyindən, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli, 263 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 13-cü hissəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Həmin hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. İXM-nin 485.2-ci maddəsinə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarında görünür ki, "xxxx" MMC Rusiya Federasiyasından MMC-nin ünvanına göndərilən dizel və benzin mühərriklər üçün yağlar barədə Gömrük orqanına gətirilən malları bəyan etmək üçün 29 iyul 2024-cü il tarixdə saat 12:04:57 dəqiqədə **********7316 saylı sorğu (X9) göndərmişdir. Həmin sorğu Gömrük orqanında həmin gün saat 12:05:59 dəqiqədə qeydiyyata alınmışdır. Bundan sonra yüklər barədə X9 Gömrük orqanında qeydiyyata aldındığı dəqiqədən təxminən 01 saat 09 dəqiqə sonra yəni 13:14:18 dəqiqədə gömrük ərazisində daxil olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli X5 “Gömrük ödənişlərinin hesablanması” barədə 47-ci xanasında "xxxx" MMC-nin 30 manat və həmin məbləğin 18%-i olan əlavə dəyər vergisi yəni 5 manat 40 qəpik cəmi 35 manat 40 qəpik məbləğində gömrük yığımı ödəməli olduğu əks olunmuş, həmin gömrük ödənişi MMC tərəfindən ödənildiyi üçün həmin xanada qeydiyyata aparılmışdır. “Gömrük Yığımlarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il qərarının 1.1-ci bəndində - “Gömrük yığımlarının məbləğləri” Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 231.2-ci maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımlarını müəyyən edir. Həmin qərarın 1.2-ci bəndinə əsasən Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiksal məqsədlər üçün nəzərdə tutulmur, onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir. Bundan başqa məhkəmə qeyd edir ki, inzibati orqanın nümayəndəsi də çıxışında MMC-nin X9ni Gömrük orqanına təqdim etdiyini təsdiq etmiş, keçikmənin təxminən 07 dəqiqə oduğunu bildirmişdir. İXM-nin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən tərədilmiş xəta hesab edilir. Məhkəmə hesab edir ki, "Murad LTD” MMC-nin həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün aşağıdaki hallar mövcud olmalı idi. 1. "Murad LTD” MMC-nin öz hərəkətlərinin hüquqazidd xarakterini dərk etməsi, 2 bu hərəkətlərin zərərli nəticələrini qabaqcadan görməsi. 3 bu nəticələri arzu etməsi 4. Belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlardan da məlum olur ki, adı çəkilən MMC-nin qanunvericiliyin müəyyən etdiyi tələblərdən yayınmaq, qanunla qorunan ictimai münasibətlərə qəsd etmək, hüquqazid hərəkət etmək etmək niyyəti olmamış, yaxud təqsirli sayılan hansısa hərəkətə yol verməmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin ölkə ərazisinə gətirilən mallar üzrə qısa idxal bəyannaməsini verməkdən yayınmaq niyəti olsa idi, mallar ölkə ərazisinə gətirilməzdən öncə xx.xx.2024-cü il tarixli “X5” 47-ci xanasında göstərilmiş şirkət tərəfindən ödənilməli olan 35 manat 40 qəpik məbləğində gömrük yığımını ödəməmiş olmaqla, bu barədə mallar ölkə ərazisinə daxil olmazdan təxminən 01 saat 10 dəqiqə öncə Gömrük orqanına X11 ilə bağlı sorğu göndərib öncədən qeydiyyata aldırmamış olardı. Lakin məhkəmə araşdırması zamanı qeyd edilənlərin tam əksi müşahidə edilmişdir. Göründüyü kimi, inzibati orqan nədənsə inzibati xəta hadisənin baş verdiyi gündən təxminən 07 ay sonra müvafiq tədbirlər görməyə başlamışdır. Məhkəmə hesab edir ki, Gömrük orqanı hazırki vəziyyətdə "xxxx" MMC barəsində məhkəmə tərəfindən repsessiv (tənbehləndirici) tədbirlərin tətbiq edilməsinə nail olmağa çalışmış və bu məqsədlə protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Halbuki bu kimi hallarda Gömrük orqanının preventiv (xəbərdaredici) xarakterli tədbirlər görməklə kifayətlənə bilməsini məhkəmə daha məqsədəmüvafiq hesab edir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar