Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-503/2024 06.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının Şəxs MMC barəsində inzibati xəta haqqında 19 fevral 2024-cü il tarixli, EP ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində 19 fevral 2024-cü il tarixli, EP ******* saylı protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolda gösətrilmişdir ki, Şəxs MMC ******* Rusiya rublu məbləğində vəsaiti 09 fevral 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 10 fevral 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC tərəfindən məhkəməyə elektron qaydada etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, əlavə edilmiş **********7597 nömrəli idxal gömrük bəyannaməsinin 22-ci bəndindən görünür ki, avans ödənişə görə ümumi 1 936 173,29 Rubl dəyərində mallar xx.xx.2022 tarixində idxal edilmişdir. Buradan görünür ki, 2 934 327 Rubl məbləğində avansdan yalnız 998 153,71 Rubl dəyərində malların idxalı qalmışdır. (2 934 327 - 1 936 173,29 = 998 153,71). İnzibati xəta haqqında protokola aşağıdakı sübutlar əlavə edilmişdir. İş materiallarında olan, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 00192-2024/1 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC tərəfindən iki il müddətində “Azərbaycan Respublikası rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına müvafiq olaraq ölkəyə idxalını təsdiq edən sənəd təqdim edilməmişdir. Həmin məktuba əlavə edilmiş ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixində 2 934 327 Rusiya rublu pul vəsaitini xaricə köçürmüşdür. “Северсталь канаты” şirkəti ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Северсталь канаты” şirkəti ümumilikdə 9 781 090 Rusiya rublu məbləğində malları Şəxs MMC-yə satmağı öhdəsinə götürmüşdür. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna əsasən maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığının təmin edilməsi, maliyyə bazarlarında tənzimləmə və nəzarətin, o cümlədən makroprudensial tənzimləmə və nəzarətin həyata keçirilməsi (5.1.6.), maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və maliyyə bazarları sahəsində maarifləndirmə işlərinin aparılması ( 5.1.8.), “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valyuta tənziminin və nəzarətinin həyata keçirilməsi (5.1.9.) Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) funksiyaları sırasına aid edilmişdir. Həmin qanunun 8.1-ci maddəsinə əsasən Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə nəzarət etdiyi bütün subyektlər, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.3-cü maddəsində göstərilmişdir ki, normativ xarakterli akt – bu Konstitusiya Qanununun 4.1-ci maddəsində müəyyən edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Həmin Qanununun 4.1.3-cü maddəsində maliyyə bazarları tənzimləyicisinin qərarları normativ xarakterli aktlar sırasına aid edilmişdir. Göründüyü kimi Mərkəzi Bank maliyyə bazarları tənzimləyicisi olmaqla, onun qəbul etdiyi normativ xarakterli aktlar maliyyə bazarlarının bütün iştirakçıları üçün məcburi hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasi Mərkəzi X1 20 fevral 2020-ci il tarixi 06/1 №li qərarı ilə dəyişikliklər edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə “qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi Şəxs MMC ******* Rusiya rublu məbləğində vəsait hesabına alının malları ölkəyə idxal etməmişdir. Bu səbəbdən həmin hüquqi şəxs inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizi məbləğində cərimə edilməlidir. Şəxs MMC-nin etiraz ərizəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Etraz ərizəsinə əlavə edilmiş gömrük bəyannaməsində Şəxs MMC tərəfindən “Северсталь канаты” şirkəti şurkətindən alınmış invoys dəyəri 1 936 173,29 Rusiya rublu olan malların ölkəyə gətirildiyi bəyan edilmişdir. Qeyd edilməlidir ki, “Северсталь канаты” şirkəti ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “Северсталь канаты” şirkəti ümumilikdə 9 781 090 Rusiya rublu məbləğində malları Şəxs MMC-yə satmağı öhdəsinə götürmüşdür. Lakin, idxal olunan məhsulun məhz həmin müqaviləyə əsasən avans kimi ödənilmiş məbləğin qarşılığında ölkəyə gətirilməsi müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, H.Z.Tağıyev, TEXNO-PARK SAHƏSİ ünvanında yerləşən Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 880298 (səkkiz yüz səksən min iki yüz doxsan səkkiz) Rusiya rublu və 10 (on) qəpik məbləğində (ödəniş günü Rusiya rublunun Azərbaycan manatına olan ekvivalentində manatla) cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-503/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-503/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver