Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-504/2021 05.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Məmmədov icraatımda olan Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.5 və 511.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: X1 barəsində 16 oktyabr 2020-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.5 və 511.1-ci maddələri ilə tərtib olunmuş AP 01517549 №li inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar 05 fevral 2021-ci il tarixdə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə təqdim olunmuşdur. Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.5 və 511.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokolun “inzibati xətanın mahiyyəti” hissəsində göstərilmişdir ki, sürücü Koroğlu Sülh küçəsində işıqforun qadağan edici işığında hərəkəti davam etdiyi üçün mayakla saxlanılmışdır. Lakin, sürücü tabesizlik göstərərək əhalinin dincliyini aşkar şəkildə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxətlif üsullarla davam edərək qayda pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, iş materiallarında olan protokoldan müəyyən olunur ki, protokolda hadisənin baş verdiyi saat və tarix göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsində inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.5 və 511.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunan sənədlər onu tərtib etmiş orqana-Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-504/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-504/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver