Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-504/2024 23.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi oğlunun katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis mayoru Faiq Qurbanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1997-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, fərdi ev yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi, polis mayoru Faiq Qurbanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:20 radələrində Şəxs Sumqayıt şəhəri RND-də olarkən həkim müayinəsindən keçməkdən imtina etmiş, ucadan nəlayiq söyüşlər söymüş və qəsdən polisin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis mayoru Faiq Qurbanov bildirdi ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər DYPŞ-nin əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin 4-cü PB-nə raport daxil olmuş və icra olunması ona həvalə edilmişdir. Raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Koroğlu küçəsində avtomobillə hərəkətdə olan zaman nişanlama xəttinin tələblərini pozduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılmış, onun sənədləri yoxlanan zaman sürücülük vəsiqəsi olmadığı müəyyən olunmuş, özünü şübhəli apardığı üçün YPX əməkdaşları tərəfindən müayinədən keçirilmək üçün Sumqayıt şəhəri RND-nə aparılmış, analiz verməkdən imtina etmiş, YPX əməkdaşları ilə aralarında mübahisə yaranmış və o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmyaraq onlara nəlayiq ifadələr işlədərək tabesizlik etmişdir. Daha sonra sürücü Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunarq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə dostuna məxsus avtomobillə sürücülük hüququ olmadan Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkətdə olan zaman YPX əməkdaşları tətəfindən saxlanılmış, YPX əməkdaşları onun hərəkətlərindən şübhələndikləri üçün onu müayinədən keçirmək üçün Sumqayıt şəhəri RND-nə aparmışlar. Dispanserdə həyəcanlı olduğu üçün analiz verə bilməmişdir. Sonra YPX əməkdaşları ilə aralarında mübahisə yaranmış və o da əsəbləşərək nəlayiq ifadələr işlətmiş və polisin qanuni tələblərinə tabe olmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul inspektoru, polis baş serjantı X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən 15:45 radələrində xidməti ərazidə olarkən Sumqayıt şəhəri, Koroğlu küçəsində 2040-cı çağırış avtopatrulu onların çağırmış, onlar həmin əraziyə yaxınlaşdıqda müəyyən olunmuşdur ki, **-LN-*** dövlət qeydiyyat nişanlı, KİA markalı avtomaşının sürücüsü üfüqi nişanlanma xəttinin tələbini pozduğu üçün saxlanılmış, yoxlama zamanı sürücülük vəsiqəsinin olmadığı aşkarlanmış, hərəkətlərində sürücünün güclü təsiredici maddə təsiri altında olduğuna şübhə yarandığı üçün o avtopatrul maşınına əyləşdirilərək həkim müayinəsinə aparmaq istəsələr də, narazılıq yaratmış, lakin bir müddət sonra Sumqayıt şəhər RND-nə aparmışlar. 1 saatdan cox Sumqayıt şəhəri RND-də gözləsələr də, sürücü analiz verəmiş və həkim müayinədən imtina etdiyi barədə akt tərtib etmişdir. Sürücü tərəflərindən PB-nə dəvət olunmuş, lakin o, polisin qanuni tələblərinə məhəl qoymayaraq ucadan nəlayiq ifadələr işlətmişdır. Sonra sürücü avtopatrul maşınına əyləşdirilib 4-cü PBnə aparılmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X1 da X2 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 796 nömrəli, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs tibbi müayinədən keçməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.1, 327.2 və 343-1.5-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, vəkilin çıxışını və şahidlərin ifadələrini dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilirərək təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə iş materialları araşdırılaraq, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatı, şahidlərin ifadələri və vəkilin çıxışı dinlənilərək məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2024-cü il tarixdə saat 18:20 radələrində Şəxs Sumqayıt şəhəri RND-də olarkən həkim müayinəsindən keçməkdən imtina etmiş, ucadan nəlayiq söyüşlər söymüş və qəsdən polisin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Onun təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tədbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 22 fevral 2024-cü il tarixdən, saat 21:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin inzibati qaydada həbs olunanların Saxlanılma Mərkəzinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-504/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-504/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver