Məhkəmə qərarları › İş №3(060)-505/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-505/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-505/2021 05.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Məmmədov icraatımda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 05 fevral 2021-ci il tarixli MN ******* №li inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdim: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi polis kapitanı X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 05 fevral 2021-ci il tarixli MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 04.02.2021-ci il tarixdə saat 20:00 radələrindı Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində idarə etdiyi sərnişin avtobusunu polis əməkdaşlarına tabeslizlik göstərərək avtobusu saxlamadan idarə etmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, protokol və ona əlavə olunmuş sənədlər İnzibati Xətalar Məcəlləsinin 106.0.3 və 109.1.6-cı maddələrinin tələbinə əsasən onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki protokolda inzibati xətanın mahiyyəti ilə bağlı protokolda qeyd olunan idarə etdiyi sərnişin avtobusunu polis əməkdaşlarına tabeslizlik göstərərək avtobusu saxlamadan idarə etməsi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiyasına aid deyildir. İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanmasını müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü madəsinə əsasən hakim inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini yoxlayır. Həmin məcəllənin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasına dair qərar qəbul edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən hazırkı iş üzrə inzibati protokol yanlış tərtib edildiyindən həmin protokol və ona əlavə olunmuş sənədlər onu tərtib edən orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 05 fevral 2021-ci il tarixli MN ******* №li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib edən oraqna, yəni Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinə geri qaytarılsın. Hazırkı qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar