Məhkəmə qərarları › İş №3(060)-505/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-505/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-505/2024 18.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şıkayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan şikayət verərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X2 məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ-nin polis kapitanı X3 xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsinə görə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə olunmuşdur. Aşağıdakılara əsasən həmin qərarı qanunsuz və əsassız hesab edir. xx.xx.2024-cü il tarixdə Ə.Haqverdiyev küçəsində avtomobillə hərəkət edərkən, səhər saatlarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsininə məxsus **-YP-*** qeydiyyat nişanlı xidməti avtomobillə xidmət aparan yol patrul xidməti əməkdaşları tərəfindən ona məxsus **-SZ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes- Benz E320” markalı avtomobili duman işıqlarında led olduğu üçün qanunsuz şəkildə cərimə meydançasına aparılmışdır. Səbəbini soruşduqda bildirilmişdir ki, qanunvericiliyin “X8"-nun 1 saylı əlavəsinin 3-cü bəndinin tələbini pozmağı şifahi deyilsə də, İXM-in 97-ci maddəsinə uyğun olaraq ona heç bir protokol və avtomobilin duracağa qoyulması ilə bağlı akt təqdim edilməmişdir. YPX əməkdaşı ona inzibati şöbənin rəisi Kənan bəyə yaxınlaşmalı olduğunu bildirmişdir. Protokol təqdim edilmədən avtomobilin duracağa hansı əsasla qoyacağını tələb etdikdə isə “narahat olma, nüsxəsini təqdim edəcəm, avtomobili duracağa təmin et’-deyə demişdir. Avtomobili duracağa təmin etdikdən sonra isə əməkdaşların gözləmədiklərinin şahidi olmuşdur. Yarım saata qədər gözlədikdən sonra oranı tərk etmiş, ancaq ona heç bir rəsmi şəkildə akt və protokol təqdim olunmamışdır. Bu qanunsuz əməlin qarşısın almaq üçün məhkəməyə müraciət etmək istəmiş, lakin əlində heç bir akt və protokol olmadığından müraciət edə bilməmişdir. Buna görə də, xx.xx.2024-cü ildə öz təkidi ilə Bakı şəhər DYPŞdən akt və protokolu tələb edərək almış və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı rəsmi qaydada aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə protokol tərtib ounmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan müəyyən olunur ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan 451 nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, avtomobildə olan led lampalar sökülmüş və zavod istehsalı olan lampalar yerləşdirilmişdir. İş materiallarında olan “Yol Hərəkəti” haqqında Qanunun 1 saylı əlavəsindən çıxarışdan görünür ki, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmaması nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar hesab olunur. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə 150 (bir yüz əlli) manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Yol Hərəkəti” haqqında Qanunun 1 saylı əlavəsində xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmaması nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar hesab olunduğundan qərardan şikayət vermiş şəxs X1 idarə etdiyi “Mercedes-Benz E320” markalı, **-SZ-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsinə quraşdırılmış led lampalar sökülmüş və zavod istehsalı olan lampalar yerləşdirilmişdir. Həmçinin izibati xəta haqqında materiallarda X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Ona görə də, qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilərək inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər DYPİ-nin polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar