Məhkəmə qərarları › İş №3(060)-509/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-509/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-509/2023 24.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri Polis İdarəsi 1-ci PB-nin sahə rəisi, polis kapitanı Müsabi Cabbarovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2n Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətaya dair MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokol daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:34-də ünvan 3 ünvansız nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Müsabi Cabbarov bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:15-də Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində ictimai yerdə söyüş söymüş, polis onu nizam intizama dəvət etsə də polisin qanuni göstərişlərinə tabe olmamışdır. Odur ki qanunauyğun qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə verdiyi izahatında barəsində protokol tərtib olunmuş şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, anası ilə evdə mübahisəsi düşmüşdür. Həmin vaxt əsəbi olduğundan söyüş söyərək polisin onu aparmasını istəməmişdir. Əməlindən peşmandır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin PPXT polis nəfəri, polis baş serjantı X7 bildirdi ki, xx.xx.2023-ci il tarixdə 9185 çağırışlı avtopatrulda polis serjantı Elnur Əzimzadə ilə birlikdə olan zaman saat 19:50 radələrində "Araz" marketin dairəsində təyin olunmuş postda olarkən Çinar 1 efir vasitəsilə 10-cu mikrorayon, K.Abşeron ev 6 mənzil 33-ə yaxınlaşmaqları və əməliyyat qrupuna kömək lazım olduğu bildirilmişdir. Onlar dərhal həmin binanın həyətinə yaxınlaşanda 1-ci PB-nin əməliyyat qrupunun bir nəfər şəxsi həyətə çıxardıb PB-nə dəvət etməsini, lakin həmin şəxsin onların qanuni tələbinə tabe olmaq istəmədiyini və uca səslə səs-küy saldığını görmüşlər. Onlar oraya yaxınlaşıb həmin şəxsi avtopatrula əyləşdirərək aidiyyəti üzrə əməliyyat qrupu ilə birlikdə 1 ci PB-nə gətirmişlər. Şəxs həmin vaxt onların qanuni tələbinə tabe olmamışdır. Polis Bölməsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin PPXT polis nəfəri, polis serjantı X8 bildirdi ki, xx.xx.2023-ci il tarixdə 9185 çağırışlı avtopatrulda polis baş serjantı Şahin Nəsibov ilə birlikdə olan zaman saat 19:50 radələrində "Araz" marketin dairəsində təyin olunmuş postda olarkən Çinar 1 efir vasitəsilə 10-cu mikrorayon, K.Abşeron ev 6 mənzil 33-ə yaxınlaşmaqları və əməliyyat qrupuna kömək lazım olduğu bildirilmişdir. Onlar dərhal həmin binanın həyətinə yaxınlaşanda 1-ci PB-nin əməliyyat qrupunun bir nəfər şəxsi həyətə çıxardıb PB-nə dəvət etməsini, lakin həmin şəxsin onların qanuni tələbinə tabe olmaq istəmədiyini və uca səslə səs-küy saldığını görmüşlər. Onlar oraya yaxınlaşıb həmin şəxsi avtopatrula əyləşdirərək aidiyyəti üzrə əməliyyat qrupu ilə birlikdə 1 ci PB-nə gətirmişlər. Polis Bölməsində məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxsin izahatlarını, şahid ifadələrini, müdafiəçinin çıxışını dinləyərək və iş üzrə toplanmış sübutlara və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs yaşadığı ünvanda ictimai qaydanı pozaraq səs-küy salmış, polis əməkdaşlarının onu nizamintizama dəvət etməsinə baxmayaraq polisin qanuni tələbinə tabe olmamış, ailə üzvlərinə hədə-qorxu gələrək onu intizama dəvət edən polis əməkdaşları ilə kobud rəftar etmiş, bundan sonra şəxsi polis bölməsinə dəvət etmək üçün əlavə dəstək çağırılmışdır. Bununla da Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsinin tərkibi olduğu təsdiq edilir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi Tural Kazımovun, əməliyyat müvəkkili Eyvaz Əşrəflinin iştirakları ilə 1-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Şahmar Səfərov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-ci il tarixdə saat 19:34-də X1-in 102 xidmətinə zəng edərək qardaşı Şəxs evdə onunla münaqişə yaradaraq onu bıçaqla hədə qorxu gəlməsi barədə məlumatı daxil olmuşdur. Onlar dərhal əməliyyat qrupu sahə rəisi T.Kazımov və əməliyyat müvəkkili E.Əşrəfli ilə birlikdə hadisə yerinə getdikdə Şəxs orada özünü pəncərədən atacağı ilə onlara hədə-qorxu gələrək onlarla söyüşlə danışmağa başlamışdır. Onlar onu dəfələrlə nizam intizama dəvət etsələr də, lakin o, yenə öz hərəkətlərini davam etdirərək onları nalayiq söyüşlərlə söydükdə məcbur olub onu PB-nə dəvət etmişlər, lakin Şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik etməyə başlayanda onlar onu aparmaq istədikdə yenə tabesizlik göstərdiyi üçün məcburi qaydada ərazidə olan PPX-nin əməkdaşlarını köməyə çağırmışlar və onların köməyi ilə avtopatrula əyləşdirmək istədikdə yenə küçədə nalayiq ifadələr işlədərək tabesizlik etməyə davam etmişdir. Onlar onu PPXnin əməkdaşlarının köməyi ilə 1-ci PB-nə gətirmişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 fevral 2023-cü il tarixdə saat 20:50-də inzibati qaydada tutulmuş, 24 fevral 2023cü il tarixdə saat 15:00-da azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyəti ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır Məhkəmə, hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs tərəfindən polis qanuni tələbinə tabe olmayaraq, maneə yaratdığından düzgün olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun hərəkətlərinin davamlılığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati həbsin əvvəli 23 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X3rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarından göründüyü kimi Şəxs 23 fevral 2023-cü il tarixdə inzibati qaydada tutulmuş, 24 fevral 2023-cü il tarixdə azad edilmişdir. Lakin məhkəməyə polis əməkdaşları vasitəsi ilə gətirildiyindən, yəni məcburi qaydada iradəsindən kənar məhkəməyə gəldiyi üçün Şəxs tutulduğu vaxtdan işin məhkəmədə baxılana qədər onun azadlığının məhdudlaşdırılması davam etdiyindən inzibati qaydada həbsetmə müddətinin əvvəlini onun tutulduğu gündən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar