Məhkəmə qərarları › İş №3(060)-511/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-511/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-511/2023 14.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 iyun 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən qəbul edilmiş 14 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN/№1289599 saylı qərarı ilə mən İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinib 700 manat məbləğində cərimə olunmuşdur. O, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər idarəsinin xx.xx.2023-cü il tarixli MN/№1289599 saylı qərarı ilə razı deyildir. Belə ki, o, bağın sahibi Elnur Hüseynovun icazəsi və razılığı ilə kamaz sürücüsü Yusifə 14 kamaz qum satmışdır. Bunun qarşılığında ondan 1400 manat pul almışdır. O, heç bir inzibati xəta törətməmişdir. Bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsindən ona iddia tələbi göndərilmişdir. Həmin iddia tələbində qeyd olunub ki, guya götürülmüş qumun həcmi 9om3 -dir. 1m3 qumun qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyan 20 manatdır. Bunun nəticəsində də ona 12600 manat məbləğində cərimə hesablanmışdır. Bütün bunlar qanunsuzdur. O, qərarla razı deyildir. Hesab edir ki, barəsində qəbul edilmiş qərar qanunsuz olduğundan ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, X3 tərəfindən verilmiş şikayətlə tanış olmuşlar və şikayəti əsassız hesab edirlər. Belə ki, yoxlama zamanı Novxanı ərazisində qanunsuz qum daşınması aşkar edilmiş, bu barədə müvafiq protokol tərtib edilərək həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X3 özü də izahatında 14 maşın qum daşıdığını etiraf etmişdir. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını və şikayətin təmin edilməməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, X3 barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol tərtib edilmiş və 14 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinib 700 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 77947 saylı aktın surətindən görünür ki, aparılan monitorinq işləri zamanı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 4715 nömrəli bağ sahəsindən faydalı qazıntı olan qumu avtomaşınlara doldurularaq daşınması faktı aşkar olunmuş, qumun daşınması və görülən işlər barədə sənədlər tələb olunduqda özünü bağ sahibi kimi təqdim edən X3 bağ sahəsinə aid heç bir sənəd təqdim etməmiş, izahatında bildirmişdir ki, bağ sahəsi Hüseynov Elnurun mülkiyyətindədir. O, mülkiyyətçidən icazə alıb bağ sahəsində faydalı qazıntı olan qumu satmaq məqsədilə kamaz avtomaşınının sürücüsü X6 ilə şifahi razılaşma aparmış, 14 maşın qumu ona satmışdır. Kamaz avtomaşının sürücüsü Y.Rəhimov isə öz izahatında bildirmişdir ki, ekskovatorun sürücüsü X4 bu işə cəlb edərək ərazidən 14 avtomobil qumu kamaz avtomaşını ilə satış məqsədilə daşımışdır. Əraziyə baxış keçirilərkən ölçmə işləri aparılmış, məlum olmuşdur ki, eni 20 metr, uzunluğu 30 metr, dərinliyi 1,5 metr olan bağ sahəsindən 900m3 faydalı qazıntı olan qum qanunsuz satış məqsədilə daşınmışdır. Ərazinin fotoşəkilləri çəkilmiş, akta əlavə olunmuşdur. İş materiallarında olan inzibati xətalar haqqında işlər üzrə bildirişdən görünür ki, inzibati araşdırma aparılması və inzibati xəta haqqında protokol tərtib olunması ilə bağlı X1 ünvanına bildiriş göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsinin X2 ünvanladığı iddia tələbindən görünür ki, idarənin 26 yanvar 2023-ci il tarixil 017 saylı sərəncamına əsasən xidməti ərazilərdə yerin təkindən qanunsuz istifadə ilə bağlı aparılan monitorinq zamanı Sumqayıt şəhəri Novxanı bağlar massivi 4715 saylı bağ ərazisindən X3 tərəfindən geniş yayılmış faydalı qazıntı növü olan 900 m3 həcmində qumun qanunsuz olaraq daşınıb aparılması faktı aşkar olunmuşdur. Nəticədə Azərbaycan Respublikası Nazirlər kabinetinin 29 mart 2020-ci il tarixli 119 saylı qərarına əsasən təbiətə 12600 ( on iki min altı yüz) AZN məbləğində ziyan dəymişdir. Dəymiş ziyan 4 saylı Regional Ekolologiya və Təbii Sərvətlər İdarəsinin X9 üzrə dövlət fonduna ödənilməlidir. Hesablanmış iddianin 10 gün müddətində fonda keçrılməsini təmin edib, təsdiqedici sənədlərin (ödəmə qəbzini) surətini idarəyə təqdim edilməsini xahiş edir, əks təqdirdə qanunvericiliyə müvafiq olaraq aidiyyəti tədbirlər görüləcəkdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə- fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. İcazə yer təkinin geoloji öyrənilməsinə, ehtiyatları müvafiq qaydada təsdiq edilmiş faydalı qazıntı yataqlarının işlənilməsinə, dağ-mədən müəssisələri və onlarla bağlı emal sahələrinin tullantılarından istifadə olunmasına, yerin təkindən faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilməsinə, xüsusi mühafizə edilən geoloji obyektlərin yaradılmasına, mineraloji, paleontoloji və digər geoloji kolleksiya materiallarının toplanmasına və arxeoloji qazıntıların aparılmasına hüquq verir. İcazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya torpaq sahibinin yerin təkindən istifadə məqsədilə (dövlət proqramları üzrə aparılan işlər daxil olmaqla) müvafiq torpaq sahəsinin ayrılmasına qabaqcadan razılığı olduqda verilir. Yer təkinin istifadəçisinə torpaq sahəsi yerin təkindən istifadəyə icazə verildikdən sonra Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə qaydalarının” təsdiq edilməsi haqqında 1998-ci il 28 dekabr tarixli qərarının 2.1.1-ci maddəsinə əsasən torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında çıxarılmış faydalı qazıntılardan yalnız öz ehtiyaclarını ödəmək üçün istifadə edə bilərlər və onları sata bilməzlər. Beləliklə, iş materiallarını araşdıraraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsinin izahatını dinləyərək məhkəmə belə nəticəyə gəlir ki, X1 barəsində qəbul olunmuş 14 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. X3 məhkəmə iclasında iştirak etməmiş, şikayətin əsaslı olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Odur ki, X3 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, 14 fevral 2023cü il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə qəbul olunmuş 14 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar