Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-511/2024 13.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 8786,40 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülməmişdir. Cəmiyyətin hüquqi ünvanına 10 fevral 2024-cü il tarixli, 3-33-1100/2-000683/2024 saylı dəvət məktubu göndərilərək cəmiyyətin rəhbəri və yaxud səlahiyyətli nümayəndəsi Bakı Baş Gömrük İdarəsinə dəvət olunmuş, lakin çağırış üzrə sözügedən MMC-dən Bakı Baş Gömrük İdarəsinə heç bir nümayəndə gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verilməmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC Bakı Baş Gömrük İdarəsində xx.xx.2023-cü il tarixli, **********1605 sorğu nömrəli gömrük bəyannaməsi ilə 8786,40 ABŞ dolları dəyərində yükləri Azərbaycan Respublikasından ixrac etmiş, lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 8786,40 ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, nümayəndəsi olduğu hüquqi şəxs Əfqanıstan Respublikası ilə ticarət edir. Lakin, həmin ölkə “SWİFT” sisteminə daxil edilmədiyi üçün oradan nağdsız formada pul köçürməsi etmək mümkün deyildir. Ölkəyə nağd şəkildə gətirmiş olduğu pul vəsaitini isə banklar qəbul etmir. Bu səbəbdən qeyd olunan anlaşılmazlıq meydana çıxmış olur. Qeyd edilənlərə əsasən nümayəndə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokolu tərtib etmiş orqana məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqındfa iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda göstərilmişdir ki, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur (12.1.). Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (12.2.). İxrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Mərkəzi Banka ötürülməsini təmin edir (12.3.). Müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Mərkəzi Bank tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Mərkəzi Banka ötürürlər (12.4.). Mərkəzi Bank müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir (12.5.). Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Mərkəzi Bank idxalixrac əməliyyatları üzrə bu Qaydalarda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsində əməkdaşlıq edirlər (12.6.). İş materiallarında olan xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC 8786,40 ABŞ dolları məbləğində malların gömrük sərhəddindən keçirilərək ölkədən çıxarılmasını bəyan etmişdir. Eyni zamanda Şəxs MMC-nin direktoru ilə “Hobab Washing material Production CO” şirkətinin direktoru arasında bağlanmış xx.xx.2021-ci il tarixliu kontraktda malların alqı-satqısı barədə razılığa gəlinmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Əfqanıstanın “Hobab Washing material Production CO” şirkəti arasında bağlanmış alqısatqı müqaviləsinə əsasən 8760,40 ABŞ dolları dəyərində mallar ölkədən ixrac edilmiş, lakin bundan 180 gündən çox müddət keçməsinə baxmayaraq həmin malların dəyərini təşkile dən pul vəsaiti ölkəyə qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin baş vermiş inzibati xətanı Əfqanıstanın SWİFT” sisteminə daxil edilməməsi ilə əlaqələndirsə də, məhkəmə hesabe dir ki, bu işin mahiyyətinə təsir göstərə bilməz. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 61, mənzil 44 olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin otuz faizi məbləğində, yəni 2635 (iki min altı yüz otuz beş) ABŞ dolları 92 (doxsan iki) sent məbləğində (ödəniş günün ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-511/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-511/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver