Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-512/2023 13.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1, Qərarından şikayət verilmiş şəxs Ramil Musayevin iştirakı ilə, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsinə dair X1 şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X2 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər 24 fevral 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Qərardan şikayət vermiş şəxs X2 məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə vermiş və göstərmişdir ki, hazırda həmin şikayətdən imtina edir, baxılmasını istəmir, şikayətin baxılmadan geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 bildirdi ki, hazırda şikayətdən imtina edir və baxılmasını istəmir, ona təyin edilən minimum cərimə cəzası ilə razıdır, şikayətin baxılmadan geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında qərarında şikayət verilmiş şəxs Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi Ramil Musayev qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizənin təmin edilməsi qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq rəhbər tutaraq, məhkəmə qəraraaldı: Qərardan şikayət vermiş şəxs X1 şikayət ərizəsinin baxılmadan geri qaytarılması barədə ərizəsi təmin edilsin. Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsinə dair X1 şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər qərardan şikayət vermiş şəxsə geri qaytarılsın. HAKİM: FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-512/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-512/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver