Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-513/2023 01.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərov Süsənbər Fariz qızının katibliyi Vəsatət vermiş şəxs X2 iştirakı ilə, X2 barəsində olan inzibati xəta haqqında qərardan şikayət vermə müddətinin bərpası barədə vəsatətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 AZN məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X4 qeyd olunan qərardan şikayət vermişdir. Bununla bərabər, X4 qeyd olunan qərardan buraxılmış şikayət verilməsi müddətinin bərpası barədə vəsatət də vermişdir. Qərardan şikayət və vəsatət xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. X4 müddətin bərpası barədə vəsatətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müəyyən edilməsi, ailə vəziyyətinin və şəxsi vəziyyətinin durumu səbəbindən o ona qarşı tətbiq edilmiş tənbeh qərarından müəyyən edilmiş prosessual müddətdə şikayət verə bilməmişdir. Hüquq savadsızlığından da öz subyektiv konstitusion hüquqlarının təminatını anlamamışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərardan şikayət verilməsi üçün buraxılmış müddətin ötürülməsini üzrlü hesab edərək bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət vermə müddətinin bərpası barədə vəsatətə baxılması ilə əlaqədar məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında vəsatət vermiş şəxs X4 buraxılmış şikayət vermə müddətinin bərpası barədə vəsatəti müdafiə edərək prosessual müddətin bərpa edilməsini xahiş etdi və bildirdi ki, qərarın surətini almış, qərardan məlumatı olmuş, hətta cərimədən ödənişlər etmişdir. Cəmi 400 manat ödəniş etmiş, sonra isə artıq ödəməyə imkanı olmadığından ona şikayət verməyi məsləhət bilmişlər. İşə yenidən baxılmasını istəyir. Məhkəmə vəsatəti və müddətin buraxılmasının dəlillərini, eləcə də, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarından şikayət verilməsi müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Belə ki, qərar xx.xx.2022-ci ildə qəbul olunmuşdur, həmin vaxtdan bir ildən çox müddət keçmişdir. X4 şikayəti və vəsatəti xx.xx.2023-cü il tarixdə məhkəməyə vermişdir. X1 müəyyən edilmiş müddətdə şikayət verməmişdir. Şikayət verilməsi ilə bağlı prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Məhkəmə buraxılmış prosessual müddətin bərpası üçün heç bir qanuni əsas görmür və vəsatətin rədd olunması nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 118, 130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından buraxılmış şikayət verilmə müddətinin bərpası barədə vəsatəti rədd edilsin, buraxılmış prosessual müddət bərpa edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-513/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-513/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver