Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-513/2025 06.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı RETSİ tərəfindən barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Azərbatcan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə 1000 manat cərimə edilmişdir. Həmin qərar qanusuz və əsassızdır. Qərarda Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Elman” marketdə formalaşan məişət tullantılarının tutumlardan kənara atılması faktının aşkar olunması qeyd olunsa da, tərəflərindən belə bir pozuntuya yol verilməmişdir. xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyəti MKT Birliyi "xxxx" MMC ilə “Elmar” market arasında D/382 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı "xxxx" MMC Sifarişçi “Elmar” marketin yerləşdiyi ünvanda yığılmış bərk məişət tullantılarını xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə daşınması və Sumqayıt ümumşəhər tullantıları poliqonunda zərərləşdirməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqaviləyə əsasən, tərəfimizdən bərk məişət tutlanatıları mütəmadi olaraq icraçıya təhvil verilir və belə bir halların baş verməsi mümkün deyildir. Bundan əlavə 2024-cü ildə də tərəflər arasında eyni məzmunlu müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı tərəfindən Sifarişçinin bərk məişət tullantıları xüsusi təyinatlı nəqliyyat vasitələri ilə daşınmış və zərərsizləşdirilmişdir. İnzibati qərar qəbul edən orqan tərəfindən protokol və qərara heç bir sübut əlavə edilməmiş və pozuntunun törədilmə faktı əsaslandırılmamışdır. Həmçinin qanunveriliyilin tələbinə əsasən o vəzifəli şəxs kateqoriyasına daxil deyil. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 şikayətlə razılaşmayaraq bildirmişdir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən “Elmar” marketdə formalaşan məişət tullantıları tutumlardan kənara atılmışdır. Qeyd edilən səbəblərdən də X2 barəsində İXM-in 266.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 İXM-in 266.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçi ilə "xxxx" MMC arasında tullantıların daşınması ilə bağlı müqavilə bağlanması onları məsuliyyətdən azad etmir. Belə ki, həmin müqavilənin olması məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına əsas vermir. Əgər həqiqəndə müqavilə varsa və "xxxx" MMC tullantıları daşmırsa müqavilə tərəfi olan şikayətçi bu qarşı tərəfdən tələb etməlidir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerlşən “Elmar” marketdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə “Elmar” marketin idarəedicisi X3 Azərbaycan Respublikası İXM-in 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək vəzifəli şəxs kimi 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 21 yanvar 2025-ci il tarixli aktdan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerlşən “Elmar” marketdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş X2 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, məişət tullantılarının daşınmamasının səbəbi Sumqayıt şəhər Təmizlik Departamneti əməkdaşlarının yeni şərtlər irəli sürərək yeni qablar alınmasını tələb etməsidir. Dəfələrlə tələb etsələr də tullantılar daşınmır. Sumqayıt şəhər Təmizlik Departamenti ilə qarşılıqlı müqavilələri mövcuddur. Tezliklə tullantılar daşınacaq və problem öz həllini tapacaq. İş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin saytından çıxarışdan görünür ki, X3 fərdi sahibkar kimi qeydiyiyyatdan keçmişdir (VÖEN: **********). İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti MKT Birliyi "xxxx" MMC (icraçı) ilə “Elmar” market (sifarişçi) arasında bağlanmış D/382 saylı xx.xx.2025-ci il tarixli müqavilənin 2.1-ci bəndinin 2-ci abzasına əsasən gün ərzində müqavildə müəyyən edilmiş həcmdən və daşınma sayından çox tullantı konteynerlərdən kənara yığılmış olarsa bu tullantıların toplanması və daşınmasına icraçı cavabdehlik daşımır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən sifarişçi tələb olunan həcmdə zibil konteynerlərinin alınmasını, bərk məişət tullantılarının zibil konteynerlərinə toplanması və ətrafın təmiz saxlanılmasını təmin edir. Həmin müqavilədn həmçinin görünür ki, müqaviləni “Elmar” market (sifarişçi) adından X3 (VÖEN: **********) imzalamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 21 yanvar 2025-ci il tarixdə saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerlşən “Elmar” marketdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması faktı aşkar edilmişdir. Bununla bağlı müvafiq akt tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Daha sonra 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində müvafiq inzibati xəta haqqında iş üzrə icraat aparılmış və xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla “Elmar” marketin idarəedicisi X3 Azərbaycan Respublikası İXM-in 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. X1 şikayətlə məhkəməyə müraciət edərək qeyd edilən qərarın ləğv edilməsini xahiş etmiş və şikayətinin dəlili kimi "xxxx" MMC ilə aralarında tullantıların daşınması ilə bağlı müvafiq müqavilənin olmasını, həmçinin qanunvericilyin tələbinə əsasən onun vəzifəli şəxs hesab edilməməsini göstərmişdir. Məhkəmə şikayətçinin göstərdiyi dəlilinə münasibətdə qeyd edir ki, “Elmar” marketin idarəedicisi X3 ilə "xxxx" MMC arasında tullantıların daşınması barədə müqavilənin olması, yaxud qeyd edilən müqavilənin şərtlərinin yerinə yetirilib-yetirilməməsi müvafiq tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılmasına əsas vermir və buna görə inzibati xəta törətmiş şəxsi məsuliyyətdən azad etmir. Məhkəmə şikayətçinin digər dəlilinə münasibətdə qeyd edir ki, o, “Elmar” marketin adından müqavilə bağlamış və müqavilədə onun adına olan VÖEN qeyd edilmişdir. Qanunvericilyin tələbinə əsasən isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İXM-in 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Qeyd edilən səbəbdən də 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-513/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-513/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver