Məhkəmə qərarları › İş №3(060)-514/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-514/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-514/2025 25.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1991-ci ildə Qubadlı rayonu, Sarıyataq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Qubadlı rayonu Sarıyataq ərazi dairəsi, Sarıyataq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizov tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1 və 529.2-ci maddələrinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* seriyalı və eyni tarixli MN ******* seriyalı protokollar tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. İXM-nin 34-cü maddəsinin tələbinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* seriyalı və xx.xx.2025-ci il tarixli MN ******* seriyalı protokollarla bağlı işlər bir icraatda birləşdirilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Şəxs Qubadlı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-95/2023 saylı icra vərəqəsi üzrə tələbi üzrlü səbəb olmadan icra etməmiş, nəticədə 2700 manat manat aliment borcu yaranmışdır. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2699/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 500 manat cəriməni üzürsüz səbəbdən icra etməmiş, bununla da, o, İXM-nin 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş böyük icra məmuru Gülmalı Əzizov izahatında İXM-nin 528.1-1-ci maddəsi ilə tərtib etdiyi protokol münasibətdə bildirir ki, Qubadlı rayon məhkəməsinin qeyd edilən icra sənədi xx.xx.2023-cü il tarixdə İdarənin icraatına daxil olmuş və icra sənədinin icrası ona həvalə edilmişdir. Borcluya bildiriş göndərilmiş, borcluya İcra İdarəsinə gəlməsi və icra sənədinin icrasının məcburiliyi barədə məlumat verilmişdir. Lakin borclu icra məmurunun qanuni tələbinə tabe olmayaraq müxtəlif bəhanələr gətirərək İcra İdarəsinə gəlməmiş, bu səbəbdən barəsində axtarış elan edilərək həmin qərar icra olunması üçün Sumqayıt ŞPİ-nə göndərilmişdir. Polis əməkdaşları tərəfindən qərar icra edilmiş və borclu saxlanılaraq İdarəyə təhvil verilmişdir. Borclu icra məmurunun qanuni tələbinə tabe olmadığına görə həmin tarixdə protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, məhkəmə qərarı ilə borclu 500 manat cərimə olunmuşdur. Qeyd edir ki, Şəxs məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün keçməsinə baxmayaraq üzərində olan 500 manat cəriməni dövlət büdcəsinə ödəməmişdir. Aparılmış icra tədbirləri nəticəsində borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Borclu alimenti il ərzində təkarərən ödəmədiyi üçün xəta törətdiyini və 500 manat cəriməni ödəməkdən imtina etdiyi üçün barəsində iki protokol tərtib etmişdir, protokolu müafiə edir, qanunamüvafiq qərar qəbul edilməsini məghkmədən xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, zərəçəkmiş şəxsə 2700 manat aliment borcunun və dövlət büdcəsinə ödənilməmiş 500 manat cərimə məbləğinin olmasını təsdiq edir. Hazırda işsiz olduğu və himayəsində bir yeni doğulmuş olmaqla, digəri azyaşlı olan iki övladı var. Belə ki, Zərərçəkmiş şəxs boşandıqdan sonra iki dəfə ailə həyatı qurmuş, hər nikahdan bir övladı dünyaya gəlmişdir. Xəstəxananın doğum şöbəsinin doğulmuş uşağı haqqında məlumat vərəqəsini məhkəməyə təqdim edir. Hazırda heç bir yerdə işləmir, gəlir yeri yoxdur, bu səbəbdən alimenti ödəyə bilmir. İmkanı olacağı təqdirdə ödəyəcəyinə söz verir. Əməlindən peşmandır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, məhkəmə qərarı üzrə borclunun indiyədək ona ödənilməmiş 2700 manat aliment borcunun olduğunu bildirmişdir. Şəxs indiyədək nəinki aliment borcunu ödəməmiş, hətta uşağı ilə belə görüşməmişdir. Alimentin ödənilməsini tələb edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Qubadlı rayon məhkəməsinin 2(028)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü Elcan Vəliyevin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq Şəxsdan alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2699/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsiri bilinərək 500 manat cərimə edilmişdir. Qubadlı rayon məhkəməsinin 2(028)-95/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmış, bildiriş və qərar borcluya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2699/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanmış bildiriş və qərar borclunun ünvanına göndərilmişdir. Elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Şəxs tərəfindən biri südəmər olmaqla digəri azyaşlı olan iki uşağın fotəşəkili təqdim edilmişdir. Xəstəxana tərəfindən verilmiş yeni doğulmuş uşaq haqqında məlumat vəqərəsindən görünür ki, 29 dekabr 2024-cü il tarixdə kişi cinsli uşaq doğulmuşdur. Ana haqqında məlumat qrafasında Leyla Abbasova adlı qadın, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi yerində AA ******* nömrəsi göstərilmişdir. AR Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-1 və 529.2-ci maddələri ilə tərtib edilmiş protokollara baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İXM-nin 529.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzrsüz səbəbdən icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmiş, yəni inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində inzibati xətanı təkrar törətmişdir. Belə ki, Şəxs icra sənədi üzrə borcunu ödəmədiyi üçün qanunla müəyyən edilmiş qaydada Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 500 manat məbləğində inzibati cərimə edilmiş, həmin vaxt borclunun 2260 manat manat borcu olmuşdur. Lakin sonradan sonuncu yenidən edilmiş xəbərdarlıqlara baxmayaraq borcunun ödənilməsindən yayınmış, borcunu ödəməyərək 2700 manat məbləğində borcu yaranmış, nəticədə bir il ərzində eyni inzibati xətanı təkrarən törətmişdir. Leyla Qovayeva eyni zamanda barəsində tətbiq edilən inzibati cəriməni də qanunla müəyyən edilmiş vaxtda icra etməmişdir. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Göründüyü kimi icra məmuru tərəfindən borcun ödənilməsi məqsədilə qanunda nəzərdə tutulan yuxarıda sadalanan qanunamüvafiq icra tədbirləri həyata keçirilmiş, lakin məhkəmə qərarının icrasının təmin edilməsi mümkün olmamışdır. Belə ki, Şəxs tərəfindən İXM-nin 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi, protokolu tərtib etmiş şəxsin, zərəçəkmiş (tələbkar) şəxsin və borclunun vermiş olduğu izahatları, o cümlədən icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur, bu səbəbdən o, həmin maddələrlə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İXM-nin 529.2-ci maddəsindən görünür ki, yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 34.3-cü maddəionə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması, iki azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, qanunun yuxarıda qeyd edilən normaları nəzərə alınmaqla Şəxs hər iki maddə ilə təqsirli bilinməli, daha ciddi xətaya görə sanksiya nəzrədə tutan tənbeh edilməli, himayəsində 3 yaşınadək uşağı olduğu nəzərə alınaraq minimum həddə inzibati qaydada cərimə edilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və həmin məcəllənin 34.3 və 34-1-ci maddələri rəhbər tutulmaqla 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar