Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-517/2024 28.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokolun ləğv edilməsinə dair Ataxanzadə Mövsün Nasir oğlu tərəfindən verilmiş şikayətin baxılmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ataxanzadə Mövsün Nasir oğlu şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Xızı Rayon DYPŞ-nin İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokolun ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xxətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İş materiallarından görünür ki, Mövsün Ataxanzadə barəsində tərtib edilmiş qərarı deyil, protokolu mübahisələndirmişdir. Bundan başqa İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.1-ci maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında göstərilmişdir ki, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı, yəni səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi yerdə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən İXM-nin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarına əlavə edilən Elektron-informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Ataxanzadə Mövsün Nasir oğlu ünvan 1 ünvanında qeydiyyatda olsa da, sonuncu şikayətinə onun yaşadığı yer üzrə baxılması barədə vəsatət vermədiyindən, hesab edirəm ki, hazırkı vəziyətdə Mövsün Ataxanzadə tərəfindən verilmiş şikayətə Sumqayıt Şəhər Məhkəməsində baxıla bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab qeyd edir ki, Ataxanzadə Mövsün Nasir oğlunun şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Odur ki, Ataxanzadə Mövsün Nasir oğlunun şikayəti icraata qəbul edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 110, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ataxanzadə Mövsün Nasir oğlu tərəfindən verilmiş İXP ******* nömrəli, xx.xx.2024cü il tarixli protokolun ləğv edilməsinə dair şikayət ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə Ataxanzadə Mövsün Nasir oğluna geri qaytarılsın. Şikayət vermiş şəxs Ataxanzadə Mövsün Nasir oğluna izah olunur ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra İnzibati Xətalar Məcəlləsinin şikayətin verilməsinə, müddət və aidiyyat məsələlərinə dair tələblərinə əməl edilməklə yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-517/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-517/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver