Məhkəmə qərarları › İş №3(060)-518/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-518/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-518/2025 25.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Protokol tərtib etmiş şəxslər Qubadlı rayon Polis Şöbəsinin DYPŞ-nin inspektoru X1 və Qubadlı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.2004-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, Suqmayıt şəhəri, 10-cu mikrorayon, ev 3, mənzil 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qubadlı rayon Polis Şöbəsinin DYPŞ-nin inspektoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə İXP6899716 nömrəli, xx.xx.2025-ci il tarixli, Qubadlı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X6 tərəfindən isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə 25 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunarq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:15-də Sumqayıt şəhəri, H.Əliyev prospektində “Toyota Prius minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə avtoxuliqanlıq etmiş və saxlanılarkən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Qubadlı rayon Polis Şöbəsinin DYPŞ-nin inspektoru X5 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:15-də Sumqayıt şəhəri, H.Əliyev prospektində idarə etdiyi “Toyota Prius minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili qabaq nömrə nişanı olmadan əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydasını pozmuş, ona tərəflərindən “saxla” əmri verilməsinə baxmayaraq sürücü əmrə məhəl qoymayaraq tabesizlik göstərmiş, cəmiyyətə açıqca hörmətsizlik etmiş, ictimai qaydanı və hərəkət iştirakçılarının dincliyini nümayişkaranə şəkildə pozmuş, dəfələrlə manevr qaydalarına riayət etməmiş, işıqforun qadağanedici siqnalında mütəmadi və qərəzli şəkildə hərəkətlərinə davam etmişdir. Daha sonra sürücü Şəxs tərəflərindən saxlanılarkən sözügedən avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etməsi müəyyən edilmişdir. Sürücünün idarə etdiyi “Toyota Prius” minik markalı, **-DY-*** dövlət nömrə nişanlı avtomobil Sumqayıt şəhər mühafizə olunan duracağa təmin olunmuş və sürücü Şəxs qaçaraq inzibati məsuliyyətə cəlb olunmaqdan yayınmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qubadlı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi X6 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:15-də Sumqayıt şəhəri, H.Əliyev prospektində idarə etdiyi “Toyota Prius minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkət qaydalarını pozaraq polis əməkdaşının saxla əmrinə tabe olmamış, daha sonra sürücü saxlanılmış və polisin qanuni tələblərinə tabe olmayaraq qaçmışdır. Daha sonra o yenidən saxlanılaraq idarəyə gətirilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, atası xəstə olduğu üçün tələsik halda idarə etdiyi “Toyota Prius minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə dərman almağa getmişdir. Bu zaman o, tələsdiyi üçün yol hərəkəti qaydalarını pozmuşdur. O, avtoxuliqanlıq hərəkətlərini yol verməmişdir. Hazırda əməlindən peşmandır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 bildirmişdir ki, hüquqlarını müdafə etdiyi şəxs Şəxs polis əməkdaşlarına tabesizlik etmiş, video görüntülərdən görünür ki, Şəxs əməlində avtoxuliqanlığın əlamətləri yoxdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində başlanmış icraata xitam veilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Qubadlı RRPŞ DYPŞ-nin İTÜBİnin polis kapitanı X8 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdəsaat 19:15 radələrində xidmətdə olan zaman Sumqayıt şəhəri, H.Əliyev prospektində “Toyota Prius minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq ötmə qaydasını pozduğu üçün saxla əmri verilmişdir.Sürücü əmrə məhəl qoymayaraq qabaq qeydiyyat nişanı olmadan avtomobili idarə etmişdir. Sürücü həmin prospektdə sola dönməyin qadağan olduğu zonada avtomobili qəfildən sürətləndirirərək təkərlərin yolun səthi ilə sürtünməsinə şərait yaratmış və sürətini artıraraq hərəkətlərinə davam etmişdir. O, YPXinspektou Pərvin Məmmədli ilə avtopatrulla onun dalınca getdik, mikrofon vasitəsilə saxla əmri verilməsinə baxmayaraq sürücü Azərbaycan-Bakı küçələrinin kəsişməsində işıqforun qadağanedici işığında hərəkətini davam etdirmiş, əks istiqamətli hərəkət zolağına çıxmış, manevretmə qaydalarını kobud şəkildə pozaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə avtoxuliqanlıq etmişdir. Sürücüyaşadığı ünvan istiqamətində hərəkət edən zaman qarşısına sərnişin avtobusu çıxdığı üçün məcburi saxlamalı olmuşdur. O və inspektor Pərvin Məmmədli ona yaxınlaşdıq, bu zaman sürücü nalayiq ifadələr işlətmişdir. Hadisənin videogörüntüləri də mövcuddur. Poses zamanı sürücünün Şəxs olduğu, onun Toyota Prius minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi müəyyən olunmuşdur. Şəxs insanların çox olmasından istifadə edərək hadiəyerindən qaçmışdır. Beləliklə, X2 polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin avtoxuliqanlı etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keşirilərkən müəyyən edilmişdir ki, həqiqətən də avtomovili yüksək sürətlə idarə etmiş, ani manevlər etmiş, həmçinin bu hərəkətlər zamanı ani sürətlənmiş və tormozlamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 13:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən də onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsində əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinəli və daha ağır sanksiyası olan 511.1.3-cü maddə ilə barəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 24 fevral 2025-ci il tarixdən saat 13:30-dan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş əlavə inzibati tənbeh, yəni nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması tətbiq edilməməlidir. Belə ki, müyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 sentyabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Məhkəmə hesab edir ki, qeyd edilən əsas və əlavə inzibati tənbeh tədbirlərinin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi xidmətə görə təqdim etdiyi hesabata əsasən müvafiq məbləğ hesablaraq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçrülüməldir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası NK-nin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 24 fevral 2025-ci il tarixdən saat 13:30dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Şəxs Sumqayıt Şəhər Polis İdarəsinin MSY-nə təhvil verilməsi Qubadlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar