Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-521/2025 10.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Mustafayev Mustafa Böyükağa oğlunun iştirakı ilə, Mustafayev Mustafa Böyükağa oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı X2 Böyükağa oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Mustafayev Mustafa Böyükağa oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, protokola əsasən tətbiq edilən cəriməyə baxılmasına və həmin cərimənin ləğv edilməsində müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, Mustafayev Mustafa Böyükağa oğlu Sumqayıt şəhər DYPŞ- nin polis polkovnik leytinantı X7 tərəfindən, xx.xx.2024-cü il tarixində saat 16:47 radələrində Sumqayıt şəhər Sülh N.Nərimanov küçəsi kəsişməsində Toyota prius markalı 77JV266 nömrəli minik avtomobili ilə inzibati xətalar məcəlləsinin 327.3-ci maddəsinə əsasən işıqforun qadağan edici işarəsi verilərkən hərəkətimə davam etməyini əsas tutaraq ona İXP6730772 protokol nömrəsi ilə 100 manat məbləğində cərimə tətbiq etmişdir. Həmin yol hərəkəti qaydasının pozmadığına əmin olduğu üçün polis əməkdaşından video görüntüyə baxmaq istədiyini bildirsə də video görüntünü ona göstərməmişdir. Görüntüyə baxmağı üçün başqa bir zamanda onun Sumqayıt şəhər DYPŞ-nə gəlməli olduğunu bildirmişdir. O, M.Mustafayev İmişli rayonunda yaşadığı üçün Sumqayıt şəhərinə tez-tez gəlib gedə bilmir. Təxminən üç aydan sonra həmin şöbəyə video görüntüyə baxmaq üçün müraciət etsə də polis əməkdaşları ona bildirdilər ki, hadisənin üzərindən xeyli vaxt keçdiyi və güya görüntülər silindiyi üçün göstərmələri mümkün deyil. Bildirmək isdəyir ki, həmin vaxtı o, heç bir qayda pozuntusu etməmiş və tərtib edilmiş protokoldan narazıdır. Həmin protokola əsasən tətbiq edilən cəriməyə baxılmasına və həmin cərimənin ləğv edilməsində müvafiq köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Mustafayev Mustafa Böyükağa oğlu bildirdi ki, yol polis əməkdaşı tərəfindən saxlanılmış və ona işıqforun qırmızı işığından keçdiyi üçün cərimə yazılacağını bildirmişdir. O da qırmızı işıqdan keçmədiyini, videogörüntü göstərilməsini xahiş etmişdir. Lakin ona videogörüntü göstərilməmiş, idarəyə yaxınlaşıb baxa biləcəyini demişlər. O da idarəyə bir az gec yaxınlaşmış, ona videogörüntünün artıq qalmadığını demişlər. Hazırda təqdim edilmiş videogörüntüyə baxdıqda işıqforun qırmızı işığından keçdiyini görmüş və qarşısındakı avtobus keçdiyi üçün o da yola davam etdiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilmiş şəxsin nümayəndəsi Sumqayıt DYPŞ YPX inspektoru X3 məhkəməyə videogörüntü təqdim edərək qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Mustafayev Mustafa Böyükağa oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. - Sumqayıt ŞPİ DYPŞ tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan videogörüntüdən görünür ki, “Toyota Prisu (Hibrid) minik” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkətinin nizama salınmasında istifadə olunan svetoforun qadağanedici işarəsinə tabe olmayaraq sola dönmə əməliyyatı etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun: - 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də xx.xx.2024-cü il tarixdə “Toyota Prisu (Hibrid) minik” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Mustafayev Mustafa Böyükağa oğlu Sumqayıt şəhəri, Sülh küçəsi ilə N.Nərimanov küçələrinin kəsişməsində svetoforun siqnallarının tələbinə riayət etməyərək sola dönmə əməliyyatı edərək yol hərəkəti qaydalarını pozmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Mustafayev Mustafa Böyükağa oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Mustafayev Mustafa Böyükağa oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Mustafayev Mustafa Böyükağa oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən Mustafayev Mustafa Böyükağa oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-521/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-521/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver