Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-523/2022 17.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən 17.02.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək barəsində MN ******* №-li protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2163/2018 saylı, 01.03.2018-ci il tarixli icra sənədinə əsasən 01.03.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 manat məbləğində aliment cavabdeh Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Hazırda 1465 manat Zərərçəkmiş şəxs aliment borcu yaranmışdır. Borclu yaranmış borcları ödəməkdən qərəzli şəkildə boyun qaçırır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirdi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2163/2018 saylı, 01.03.2018-ci il tarixli icra sənədinə əsasən 01.03.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 manat məbləğində aliment ondan tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Hazırda 1465 manat Zərərçəkmiş şəxs aliment borcu yaranmışdır. Sağlamlığı ilə bağlı işləyə bilmədiyindən yaranmış borcu ödəməmişdir. İşsizliyin aradan qaldırılması üçün Dövlət Məşğulluq Xidmətinə müraciət etmişdir. Bütün bunları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə tələbkarın nümayəndəsi Nümayəndə bildirdi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2163/2018 saylı, 01.03.2018-ci il tarixli icra sənədinə əsasən 01.03.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 154 manat məbləğində aliment cavabdeh Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə baxmayaraq hazırda 1465 manat aliment borcu yaranmışdır. Yaranmış borcun ödənilməsini və Şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş AR ƏƏSMN X2 Agentliyi 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış 29 mart 2021ci il tarixli, **********7 nömrəli məktubdan müəyyən olunur ki, vətəndaş Şəxs 17.04.2020-ci il tarixindən X1 Sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatdadır. Məhkəmə proses iştirakçılarının izahatlarını və vəkilin çıxışını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər üzrə İcra idarəsinə geri qaytarılmalıdır. Belə ki, borclunun izahatından və iş materiallarında olan məktubdan onun Dövlət Məşğulluq Xidmətində qeydiyyatdan keçdiyi müəyyən olunsa da, Məşğulluq İdarəsi tərəfindən Şəxs hər hansı bir iş ilə təmin edilibedilməməsi Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən araşdırılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində məhkəməyə təqdim edilmiş sənədlər natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 12 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 17.02.2022ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra idarəsinə geri qaytarılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 02 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-523/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-523/2022
17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver