Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-524/2023 09.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X9 xx.xx.2023-cü il tarixli EQ 13128130 saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsinə dair X3 şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X9 xx.xx.2023-cü il tarixli EQ 13128130 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X1 adına olan elektron məlumat əlavə edilmişdir. Şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər 27 fevral 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 şikayəti müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər aşağıda göstərilən əsaslarla geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, X5 özü barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarı fərdi qaydada məhkəmədə mübahisələndirə bilər. X3 X2 və ya başqa şəxsin barəsində olan qərarlardan şikayət vermək hüquqları yoxdur. Azərbaycan Respublikası İXM-nin tələbinə görə X2 barəsində olan qərar özü və onun vəkili tərəfindən mübahisələndirilə bilər. Beləliklə, mübahisələndirilən qərardan şikayət səlahiyyətli şəxs tərəfindən verilməmişdir. Bütün bu göstərilənlər inzibati xəta haqqında qərardan verilən şikayət üzrə icraatı rədd edən hallardandır. Odur ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır, çünki X3 şikayəti icraata qəbul edilə bilməz. Ona izah edilməlidir ki, özü barəsində olan qərardan qərarın surətini əlavə edərək şikayətlə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Sumqayıt şəhər Polis İdarəsi Dövlət X9 xx.xx.2023-cü il tarixli EQ 13128130 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə X4 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №3(060)-524/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-524/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver