Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-525/2025 04.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ20101991 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ20101991 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyinin EQ 20101991 saylı protokol üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə X2 mülkiyyətində olan "MAN TGA 18.400 YÜK" markalı, **-ET-*** nömrəli avtonəqliyyat vasitəsi ilə X12 yolu 143 km istiqamətində qaydaları pozduğuna görə AR İXM-nin 346.1-ci və 332.3-cü maddələri ilə 300 manat cərimə edilmişdir. Qərarı tam qanunsuz hesab edərək, müvafiq orqana şikayət versək də nəticə əldə olunmamışdır. Belə ki, həmin nəqliyyat vasitəsi onun mülkiyyətində olsa da, o həmin nəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixdə X4 (FİN:5NVA6K0) avtomobilə dair bütün hüquqlarla bağlı etibarnamə vermişdir (yəni satmışdır). Həmin etibarnamə 1 il ərzində yəni, xx.xx.2024-cü ilə qədər qüvvədə olmuşdur. Bundan sonra X6 həmin avtomobil ilə bağlı beynəlxalq yük daşımalarında istifadə olunması üçün "xxxx" MMC ilə razılaşmış və həmin firma tərəfindən xx.xx.2023-cü il tarixli, 29 nömrəli müqavilə əsasında X3 adlı sürücüyə (Sürücülük vəsiqəsi: BA424961; Pasport:C********) istifadəyə verilmişdir. X1 həmin avtomaşının idarə edilməsi ilə bağlı heç bir hərəkəti olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 5/2024 saylı, 08.01,2024-cü il tarixli qərarı ilə X2 nəqliyyat vasitələrinin idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmışdır. İnzibati qərar isə həm maşın X2 istifadəsindən çıxdıqdan sonra, həm də onun artıq sürücülük hüququ məhdudlaşdırıldıqdan sonra qəbul edilmişdir. Lakin, inzibati qərar avtomobili həmin vaxt faktiki idarə edən şəxsə deyil, texniki səhv olaraq onun adına gəlmişdir. Buna görə də hesab edirik ki, qərar qanunsuz və əsassızdır. İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. X2 barəsində tətbiq edilmiş Daxili İşlər Nazirliyinin EQ 20101991 saylı protokol üzrə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 müdafiəçisi və nümayəndəsi Vəkil ərizəsinin mahiyyətinə uyğun çıxış edərək bildirdi ki, o, qeyd olunan xətanın Pənah Quliyev tərəfindən törədilmədiyini, həmin avtomaşının həmin vaxt idarə etmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən AR Daxili İşlər Nazirliyinin EQ 20101991 saylı protokol üzrə xx.xx.2024-cü il tarixli qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, X2 müdafiəçisi və nümayəndəsi Vəkil yaşayış yeri üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılması barədə vəsatət verərək şikayəti yaşayış yeri üzrə baxılmasını xahiş etmiş, məhkəmə vəsatəti qəbul edərək işə aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmalı olması qənaətinə gəlmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmədə iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, AR Daxili İşlər Nazirliyinin EQ 20101991 saylı protokol üzrə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 20101991 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 həmin tarixdə olan "MAN TGA 18.400 YÜK" markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X12 yolunu 143-cü km ərazisində idarə edərkən nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dayanma və ya durma qaydalarını pozmuşdur. Buna görə də sürücü X5 Azərbaycan Respublikası İXM-in 346.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Göründüyü kimi mübahisələndirilən qərar elektron qaydada qəbul edilmiş, yəni nəqliyyat vasitəsi saxlanılmadan və onu idarə edən şəxs müəyyən edilmədən İXM-in 122ci maddəsinə uyğun olaraq (inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydaları) şəxsin iştirakı olmadan icraat aparılmış və inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli notarial qaydada bağlanmış etibarnaməyə əsasən Pənah Quliyev "MAN TGA 18.400 YÜK" markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı sərəncam vermək hüququ X4 etibar edilmişdir. xx.xx.2023-cü il tarixli 29 nömrəli "xxxx" MMC”-nin X3 ilə bağladığı müqaviləyə əsasən sözügedən nəqliyyat vasitəsi sonuncunun istifadəsinə verilmişdir. Şikayətə mahiyyəti üzrə baxılarkən müəyən edilmişdir ki, X2 barəsində olan inzibati xəta haqqında işdə səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyini sübut etmə yükü inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-ci il tarixli EQ20101991 saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X2 nümayəndəsi vəmüdafiəçisi Vəkil şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, BDYPİ-nin əməkdaşı tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilməmiş, düzgün hüquqi nəticəyə gəlmək üçün yetərli araşdırma aparılmamışdır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilənləri iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilərək şikayət qismən təmin edilməli, Daxili İşlər Nazirliyinin EQ 20101991 saylı protokol üzrə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 vəkili Vəkil şikayəti qismən təmin olunsun. AR Daxili İşlər Nazirliyinin EQ 20101991 saylı protokol üzrə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-525/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-525/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver