Məhkəmə qərarları › İş №3(060)-526/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-526/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-526/2023 13.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Şəxs MMC-nin nümayəndəsi (maliyyə direktoru) X3 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərtib etdiyi Şəxs MMC (VÖEN **********) barəsində xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokol əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, Bakı-Quba yolunun 46-cı kilometrliyində fəaliyyət göstərən istehsal sahəsində formalaşan məişət və istehsalat tullantılarının qanunsuz olaraq ərazidə qalaqlanması və yandırılması faktı aşkar edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi (maliyyə direktoru) X5 göstərdi ki, protokolu tərtib etmiş orqanın əllərində heç bir sübut yoxdur ki, həmin məhsul onlara aiddir. Gizli şəkillər çəkilmişdir. Səlahiyyətli orqanın nümayəndələri Yanacaqdoldurma məntəqəsində olan məhsulların da onların olduğunu bildirirlər. Yoxlama zamanı protokolu tərtib edən əməkdaşlara içəri keçib özlərini təqdim etmlərini istəsələr də, onlar içəri keçməmişlər. Votsapla zəng edərək onun ad, soyadını soruşmuşlar. Onların müəssisələrində artıq mallar qalmır. Onlardakı sellofanları Azersunun əməkdaşları gəlib qapıdan alırlar. Şəkildə görünən tullantılar onlara aid deyil, protokolla razı deyildir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 göstərdi ki, araşdırılma aparılan zaman MMC-nin kimyəvi yuyucu toz istehsal etdiyi müəyyən olunmuşdur. X5 dəvət olunmuş, onun iştirakı ilə müəyyən olunmuşdur ki, tullantılar atılır, qalaqlanır, daşınmır, yandırılır. X5 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmuş, ondan ekoloji pasport tələb olunmuşdur. O belə bir pasportu göstərməmiş, təqdim etməmişdir, belə sənəd yoxdur. Təmizlik Departamnetinə sorğu göndərilmiş, müəyyən olunmuşdur ki, Təmizlik Departamenti ilə müqavilə bağlanmamışdır. Buna görə də protokol tərtib olunmuşdur. İşdə olan fotoşəkildə də bu təsdiq edilir, oradakı zibillər Şəxs MMC-yə aiddir. Qanunauyğun qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan və fotoşəkillərdən görünür ki, “Ətraf mühitin mühafizəsi haqqında” “Ekoloji təhlükəsizlik haqqında”, “İstehsalat və məişət tullantıları haqqında” qanunların və ətraf mühitin mühafizəsi sahəsində olan digər normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsi vəziyyəti üzrə aparılan monitorinqlər zamanı Sumqayıt şəhəri, Bakı-Quba yolunun 46-cı kilometrliyində yolun sağ hissəsində məişət və istehsalata tullantılarının torpaq çalaya və ətrafına qalaqlanması müəyyən edilmişdir. Tullantıların həmin ərazilərdə yandırıldığı hallarına yol verilməsi də baxış zamanı müəyyən olunmuşdur. Baxış zamanı qanunsuz olaraq tullantı qalaqlanan ərazinin yaxınlığında istehsalat sahəsinin fəaliyyət göstərməsi qeydə alınmışdır. Həmin əraziyə gələn özünü yaxınlıqda yerləşən Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi Elşad Nəzərov kimi təqdim edən şəxs Şəxs MMC-yə məxsus istehsalat sahəsində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsal olunduğunu və istehsal sahəsində formalaşan tullantıların həmin əraziyə atıldığını, bunun qarşısının alınacağını şifahi olaraq bildirsə də, rəsmi izahat verməmişdir. Elşad Nəzərov istehsalatın fəaliyyətinə dair dövlət ekoloji ekspertizası rəyinin, müəssisədə əmələ gələn məişət və istehsalat tullantılarının zərərsizləşdirilməsinə dair müqavilənin rəhbərlikdə olduğunu, təqdim edə bilməyəcəyini şifahi olaraq bildirmişdir. İdarənin xidməti ərazisində fəaliyyət göstərən istehsalat sahələrinin dislokasiyasında Şəxs MMC-nin adı qeydiyyata alınmamış, həmin müəssisəs tərəfindən ətraf mühitə atılan, buraxılan, yerləşdiriləntullantılara görə uçot-hesabat və 2TG statistik hesabatlar idarə ilə razılaşdırılmamışdır. Araşdırmada Sumqayıt Şəhər İH-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini X1 iştirak etmişdir. Baxış zamanı ərazidə qalaqlanmış tullantıların yuyucu və ağardıcı məhsulların istehsalına xas olan tullantılar və məişət tullantılarının olması aşkar olunmuşdur. Protokola əlavə edilmiş fotoşəkillərdən də görünür ki, hüquqi şəxs Şəxs MMC-yə məxsus müxtəlif tərkib tullantılar qalaqlanmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Təmizlik Departamenti MMC-nin 5-6-7-7/2- 43/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Bakı-Qua yolu, 46-cı məhəllə, Yaşma bağları ərazisində yerləşən Şəxs MMC ilə "xxxx" MMC ilə heç bir müqavilə bağlanmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhəri, Bakı-Quba yolu, 46-cı kilometr ünvanında yerləşən hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 6500 (altı min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar