Məhkəmə qərarları › İş №3(060)-526/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-526/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-526/2024 29.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X7 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə barəsində MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5895/2023 saylı, xx.xx.2023-cü il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-134/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinə əsasən icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirməmişdir. Məhkəmədə protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X7 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5895/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən icra sənədində qeyd olunmuş cehiz əşyaların və ödənilmiş 192 (bir yüz doxsan iki) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı X3 ödənilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-134/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədlərinə əsasən cavabdeh Şəxs 11 avqust 2023-cü il tarixdən etibarən 25 dekabr 2019-cu il təvəllüdlü X10 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. Cehiz əmlak tələbi ilə əlaqədar borclu tələbkara məxsus əşyaların cox hissəsini qaytarmış, cəmi 417 manat dəyərində cehiz əmlak və ödənilmiş 192 (bir yüz doxsan iki) manat dövlət rüsumu və 340 (üç yüz qırx) manat aliment borcu qalmışdır. xx.xx.2024-cü il tarixdə borclu ilə tələbkar hansı əşyaların qaldığını və onun ödənilməsi məsələsini araşdırmaq üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gəlmişlər. Bu zaman onların iştirakı ilə əmlakların götürülməsi barədə akt tərtib olunmuş, lakin borclu həmin aktı imza etməkdən imtina etmişdir. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5895/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra sənədində qeyd olunmuş cehiz əşyaların və ödənilmiş 192 (bir yüz doxsan iki) manat dövlət rüsumunun ondan alınaraq iddiaçı X3 ödənilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-134/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədlərinə əsasən isə ondan 11 avqust 2023-cü il tarixdən etibarən 25 dekabr 2019-cu il təvəllüdlü X10 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gələrək icra məmuru Turalın yanına yaxınlaşmışlar və onda qalmış cehiz əmlakların məsələsini həll etmək istəmişlər. Çünki o, hər ay 100 (bir yüz) manat cehiz əmlakdan ödəniş etmək imkanının olduğunu bildirmişdir. Bu zaman icra məmuru əmlakların götürülməsi barədə akt tərtib etmiş və ona da aktı imza etməsini bildirmişdir. O, icra məmuruna aktı imza etməmək hüququnun olduğunu bildirərək akta imza etməkdən imtina etmişdir. Bu zaman icra məmuru ilə aralarında mübahisə yaranmışdır. Elə əşyalar da var ki, o həmin əşyaları aparıb tələbkara vermişdir. O, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğini vaxı-vaxtında ödəyir. Tələbkarın ondan şikayəti yoxdur. Ona görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə tələbkar X5 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5895/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra sənədində qeyd olunmuş cehiz əşyaların və ödənilmiş 192 (bir yüz doxsan iki) manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq ona ödənilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-134/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinə əsasən isə cavabdeh Şəxs 11 avqust 2023-cü il tarixdən etibarən 25 dekabr 2019-cu il təvəllüdlü X10 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Cehiz əmlak tələbi ilə əlaqədar borclu tələbkara məxsus əşyaların cox hissəsini qaytarmış, cəmi 417 manat dəyərində cehiz əmlak və ödənilmiş 192 (bir yüz doxsan iki) manat dövlət rüsumu və 340 (üç yüz qırx) manat aliment borcu qalmışdır. Dəfələrlə borclunun yaşadığı mənzilə gedərək qalan əmlakları götürmək istəsə də, qaytarmamışlar. Lakin müəyyən əşyalar var ki, Cavid onların pulunu ona verəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə borclu ilə o hansı əşyaların qaldığını və onun ödənilməsi məsələsini araşdırmaq üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə icra məmuru Turalı müəllimin yanına gəlmişlər. Bu zaman onların iştirakı ilə əmlakların götürülməsi barədə akt tərtib olunmuş, lakin borclu həmin aktı imza etməkdən imtina etmişdir. Bu zaman onların arasında mübahisə yaranmışdır. Qalan əmlakların qaytarılmasını və aliment borcunun ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5895/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, 1 ədəd yataq mebel dəsti (çarpayı, termo, 2 tumba, dolab) malayziya istehsalı- 10000 manat, yataq mebeli (2 çarpayı və dolab)-1500 manat, 1 tək çarpayı-350 manat, ütü stolu -100 manat, çilçıraq-400 manat, 2 ədəd şamdan-80 manat, 3 ədəd (1 böyük və 2 balaca) xalça-1500 manat, 1 yataq dəsti (işlənməmiş)-300 manat, 2 ədəd pərdələr-700 manat, 4 sadə yataq dəsti-200 manat, 4 ədəd dəsmal dəsti-100 manat, 3 ədəd, süfrə-200 manat, yorğan, döşək, balışlar (4 dəstdə)-800 manat, 2 taxt matrası-300 manat, 1 tək matras-100 manat, 1 ədəd qaç peçi- 180 manat, 1 ədəd aspirator-150 manat, 1 ədəd soyuducu-2000 manat, 1 ədəd paltaryuyan-800 manat, 1 ədəd kombayn mikser-400 manat, 1 ədəd blender (fakir)-180 manat, 1 ədəd ütü-150 manat, 1 ədəd ətçəkən-80 manat, 1 ədəd tozsoran-180 manat, kombi aparatı (radiatorları ilə)-2000 manat, 1 ədəd mebel içi soba-600 manat, 1 ədəd blender-(herbalayıf)-100 manat, mətbəxt mebeli-3000 manat, 24 dənəli farpir serviz-1000 manat, şüşə qazan dəsti-100 manat, 24 dənəli qaşıq dəsti (qutuda)-80 manat, 24 dənəli sadə qaşıq dəsti-60 manat, 24 dənəli billur stəkan-120 manat, 24 dənəli sadə stəkan dəsti-50 manat, billur armudu stəkan-24 dənə-80 manat, 24 ədəd armudu stəkan üçün nəlbəki-30 manat, 24 ədəd çay stəkanı nəlbəkisi-50 manat, 24 ədəd razetka-20 manat, 24 ədəd limon qabı-20 manat, 3 ədəd külqabı-30 manat, 2 ədəd Bronza konfet qabı-100 manat, 2 ədəd bronza meyvə qabı-100 manat, 2 ədəd bronza güldan-150 manat, iri ləbləbi-meyvə qabı bronza 1 ədəd-150 manat, iri tefal qazan dəsti-2 ədəd cəmi-380 manat, çaynik və çaydan-80 manat, tefal qaşıq dəsti-30 manat, nerjaveyka qaşıq dəsti-30 manat, ədviyyat qabı-40 manat, yemək saxlama üçün dəst-30 manat, 24 ədədli .bagema- 100 manat, 24 ədəd balaca fuje (rumka)-80 manat, 24 ədədli böyük fujer-80 manat, Şirəli qazan dəsti-120 manat, podnos dəsti-70 manat, ləyən, aşsüzən, göyərti süzən və digər ləvazimatlar-50 manat, mətbəxtdə işlənən digər xırda ləvazimatlar-300 manat, uşağa aid kolyaska, stol-stul və oyuncaqlar, qızıl-zinət əşyaları:- “Ə” hərfi yazılan qızıl boyunbağı-200 manat olan cehiz əşyaların cavabdeh Şəxs alınaraq iddiaçı X3 verilməsi, göstərilən əşyalardan hər hansı biri qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyanın dəyəri cavabdeh Şəxs alınaraq iddiaçı X3 verilməsi və iş üzrə ödənilmiş 192 (bir yüz doxsan iki) manat dövlət rüsumu cavabdeh Şəxs alınaraq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-134/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 11 avqust 2023-cü il tarixdən etibarən 25 dekabr 2019-cu il təvəllüdlü X10 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Belə ki, iş materiallarından və proses iştirakçılarının izahatlarından görünür ki, borclu məhkəmə iclasında qətnamə üzrə müəyyən olunmuş cehiz əmlakların cox hissəsini qaytarmış, qalan hissəsini isə qaytarmaq istədiyini bildirmiş, lakin icra məmuru tərəfindən bu məsələ araşdırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən Şəxs barəsində həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkilnın göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar