Məhkəmə qərarları › İş №3(060)-527/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-527/2022

10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-527/2022 10.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs - "xxxx" MMC-nin direktoru Nümayəndə iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin İTÜBİ polis mayoru Emil Vəliyev tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 19A, mənzil 28 olan "xxxx" MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 06 noyabr 2021-ci iltarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, "xxxx" MMC-nin hüquqi şəxsinin mülkiyyətində olan nəqliyyat vasitəsinin inzibati xəta törətməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barəsə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3726/2021 saylı, 08.12.2021-ci il tarixli qərarı (hakim E.Məmmədov) ilə hüquqi ünvanı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 19A, mənzil 28 olan "xxxx" MMC (VÖEN **********)Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxsin direktoru qərardan apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3726/2021 saylı, 08.12.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-47/2022 nömrəli, 08.02.2022-ci il tarixli qərarı ilə “"xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ilə təqsirli bilinib tənbeh edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3726/2021 saylı, 08.12.2021-ci il tarixli qərarı ləğv edilmişdir. İnzibati material yenidən araşdırılıb baxılması üçün birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 nümayəndəsin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən hüquqi şəxs "xxxx" MMC-nin direktoru Nümayəndə izahatında bildirdi ki, tərtib olunmuş inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin İTÜBİ polis mayoru Emil Vəliyev tərəfindən İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, qeyd olunan protokolda MMC-nin mülkiyyətində olan “NİSSAN SUNNY MİNİK” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil idarə olnarkən inzibati xətanın tğrədilməsi zamanı fiziki şəxs haqqında məlumatın 5 gün ərzində verilməsini təmin etməmişdir. Lakin, 2020-ci il tarixdə DYPŞ-nə MMC-yə məxsus olan NİSSAN SUNNY MİNİK” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil idar edən fiziki şəxs haqqında məlumatı vermişdir. Bundan əlavə protokolla bağlı onlara heç bir bildiriş gəlməmişdir, yalnız əməkdaşın nömrəsinə SMS gəlmişdir. Bundan sonra isə yenidən avtomobilin hansı əməkdaşı tərəfindən idarə edilməsi barədə məlumatlar verilmişdir. Həmin protokolla bağlı 11.10.2021-ci i tarixdə rəsmi bildiriş gəlməmişdir. Məhkəməyə təqdim edilmiş xəbərnamədə adı qeyd edilən "xxxx" başqa bir şəxsdir, əvvəllər MMC-nin direktorunun əvəzinə məktubları o qəbul etmişdir. Hal-hazırda başqa bir yerdə işləyir və MMC-nin əməkdaşı deyildir. Odur ki, inzibati xəta hadisəsi olmadığından "xxxx" MMC barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görəvəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati işin materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarına olan EN COMPANY» MMC tərəfindən Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 ünvanlanmış arayışdan görünür ki, “En Company» MMC-nin mülkiyyətində olan “NİSSAN SUNNY MİNİK” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil İlqar Hüseynli tərəfindən idarə edilmişdir. DYPŞ-dən göndərilən sms-də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 27.04.2021-ci il tarixdə İlqar Hüseynlinin cərimə olunduğu göstərilmişdir. Hüquqi şəxs tərəfindən ona aid olan avtomobil və onları idarə edən sürücülər haqqında məlumatı DYP-yə illik təqdim edildiyindən və DYPŞ-də sözügedən avtomobilin sürücüsünün kimliyi barədə məlumat olduğundan, qanunvericiliyin tələbinə əsasən hüquqi şəxs lazimi qaydada xəbərdar edilmədiyindən, “En Company» MMC inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs "xxxx" MMC barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 19A, mənzil 28 ünvanında yerləşən "xxxx" MMC (VÖEN 2********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar