Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-528/2022 22.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Sumqayıt şəhəri, Azərbaycan küçəsində təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı alkoqol sərxoşluğu vəziyyətində olduğu aşkarlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Nümayəndə bildirdi ki, sürücü Şəxs 18.10.2021-ci il tarixdə, saat 08:05 radələrində “Chevrolet” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Azərbaycan küçəsində saxlanılmış, sürücüdən spirt iyi gəldiyi üçün həkim müayinəsinə aparılmış, 8720 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktına əsasən sürücüdə 0,37% promil alkoqolun olması aşkarlanmışdır. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən AP0193558 nömrəli inzibati protokol tərtib edilərək toplanmış materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sürücü həmin gün, saat 15:18 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Narkoloji Mərkəzinə müraciət edərək sərxoş olmadığı barədə əsassız akt əldə etmişdir. Sürücü Şəxs “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktında pivə içdiyini, Sumqayıt ŞPİ DYPŞ-də olarkən bu barədə izahatında, saat 08:00 radələrində saxlanıldığını qeyd etmişdir. Eləcə də məhkəmə qərarından da göründüyü kimi Respublika Narkoloji Mərkəzinin sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı mövcud qanunvericiliyin tələbləri pozularaq 6 saat sonra sürücü barəsində Respublika Narkoloji Mərkəzi tərəfindən sərxoşluq barədə rəy verilmişdir. Bu qanunvericiliyin tələblərinin pozulmasıdır. Bütün bunların nəzərə alınaraq qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 18.10.2021-ci il tarixdə AR DİN Sumqayıt ŞPİ-nin DYPŞ-nin inspektoru tərəfindən idarə etdiyi CHEVROLET AVEO markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və ondan sənədlərinin təqdim etməsini xahiş etmişdir. Sumqayıt Dövlət Yol Polis Şöbəsinin inspektoru ona sərxoş olduğunu bildirərək Sumqayıt şəhərində yerləşən həkim Narkoloqun yanına dəvət etmiş və orada barəsində “sərxoşluq vəziyyətinin tibbi müayinə haqqında” akt tərtib olunmuşdur. Həmin aktla razı olmadığına görə Bakı şəhərinə gedərək “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsə müraciət edərək Sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə əlaqədar olaraq tibbi müayinədən keçmişdir. “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin 15:18 radələrində tərtib etdiyi "sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 18.10.2021-ci il tarixli, 2/15067 saylı aktda qeyd olunub ki, sərxoşluq vəziyyəti mövcud deyil. Həmin protokolu Azərbaycan Respublikası DİN Sumqayıt ŞPİ-nın DYPŞ-dən rəsmi qaydada tələb etsə də, həmin protokolun məhkəməyə verildiyini əsas gətirərək ona verilməsindən imtina olunmuşdur. Hazırda 18.10.2021-ci il tarixdə, saat 08:00 radələrində və saat 15:18 radələrində tərtib olunmuş “sərxoşluq müayinəsinin müəyyən edilməsi barədə” tərtib olunmuş aktlar bir-birini təkzib edir. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmişdir və Azərbaycan Respublikası İXM-nin 69.2-ci maddəsinin tələbləri də pozulmuşdur. Həmçinin az müddət keçməsinə baxmayaraq aparılan sərxoşluq vəziyyətinin tibbi müayinə aktları arasında ziddiyətlər olduğundan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi sübuta yetirilmir. Eyni zamanda İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bununla əlaqədar inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarında olan 18.10.2021-ci il tarixli, 8720 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, Şəxs müayinə vaxtı 0.37% promil alkoqol sərxoşluğu vəziyyəti aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş 18.10.2021-ci il tarixli, 2/15067 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, Şəxs müayinə vaxtı saat 15:18də ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan 18.10.2021-ci il tarixdə Sumqayıt ŞPİ DYPŞ tərəfindən alınmış Şəxs izahatından müəyyən olunur ki, hadisə 08:00 radələrində baş vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3543/2021 saylı, 16.11.2021-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin həmin qərarından narazı qalan Sumqayıt ŞPİ DYPŞ apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 3(105)-12/2022 saylı, 08 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Sumqayıt şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-528/2022 saylı, 09.03.2022-ci il tarixli qərardadına əsasən iş üzrə sərxoşluğun təyini ekspertizası təyin edilmiş, Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsinin 19/51-4797 saylı, 05.04.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarı orta hesabla 1 saata 0,1-0,2 promil təmizlənir, vətəndaş Şəxs 18.10.2021-ci il tarixdə, saat 18:10-da sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə Sumqayıt Şəhər Narkoloji Mərkəzində aparılmış müayinəsi zamanı alkoqolun konsentrasiyasının 0,375 promil olması ilə həmin tarixdə, saat 15:18 radələrində Respublika Narkoloji Mərkəzində müayinə zamanı alkoqol konsentrasiyasının 0,00 promil olması mümkün hesab olunur. Məhkəmə hesab edir ki, 8720 №li, 18 oktyabr 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı mötəbər sübut kimi qəbul edilməlidir. Respublika Narkoloji Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli, 2/15067 saylı aktda qeyd edildiyi kimi Şəxs sərxoşluq vəziyyətinin olmaması öz təsdiqini tapsa da, aradan keçən müddət ərzində sərxoşluq halının aradan qalxması baş verə bilər. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-528/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-528/2022
22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver