Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-528/2024 01.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1997-ci ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən tərtib edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 19:45-də Sumqayıt ŞPİ YPXŞ-nin müvəqqəti duracağında ucadan ünvansız nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X4 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:45-də Sumqayıt ŞPİ YPXŞ-nin müvəqqəti duracağında ucadan ünvansız nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq etmişdir. Buna görə də məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun idarə etdiyi avtomobil özünə deyil, onun dostu, müharibə qazisi olan X10 məxsusdur. O, xx.xx.2024-cü il tarixində avtombili idarə edərkən Rəvan da onun yanında olmuşdur. Avtomobil nömrəsiz olmuş avtombildə sayrışan işıqlar olmuşdur. Avtomobil DYP əməkdaşları tərəfindən saxlanılmış və Sumqayıt ŞPİ-nin duracağına aparılmışdır. Onun mobil telefonuna zəng gəlmiş və telefonla danışarkən nalayiq ifadələr işlətmişdir. Qeyd edilənlərə əsasən Şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə ifadə vermiş şahid X12 **-EF-*** avtomobil ona məxsusdur. xx.xx.2024-cü il tarixdə Şəxs ona məxsus həmin avtomobili idarə edərkən o, avtomobildə olmuşdur. Polis əməkdaşları tərəfindən avtomobil saxlanaraq duracağa aparılmış, sayrışan işıqlar və plyonkalar sökülmüşdür. Onun və Şəxs tərəfindən polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadə işlədilməyib. Məhkəmə iclasında ifadə vermiş şahid X7 bildirdi ki, xx.xx.2024-cü il tarixdə **-EF-*** avtomobil tərəfindən saxlanılıb. Müəyyən edilib ki, avtomobilin nömrəsi yoxdur, həmçinin avtomobildə sayrışan işıqlar quraşdırılıb və avtoxuliqanlıq hərəkətləri edir. Şəxs DYPŞ-də olarkən bildirib ki, həmin əməlləri X8 istəyi ilə edib. Bundan sonra Şəxs polis əməkdaşlarına qarşı etiraz etmiş, bir sıra qıcıqyaradıcı ifadələr işlətmiş, həmçinin telefonla kiminləsə danışarkən nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən polis bölməsinə aparılaraq barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərdi ki, Şəxs avtomobili nömrəsiz, qara plyonka və sayrışan işıqlar quraşdırmaqla idarə edirdi. O, saxlanarkən ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. DYPŞ-də olarkən onun hansısa nalayiq ifadələr işlətməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X1 Orxan İslam oğlunun təqsirinin sübuta yetirilmədiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materialında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iştirak edən şəxsləri dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi Şəxs saxlandıqdan sonra və Polis şöbəsində olarkən polis əməkdaşlarına qarşı etirazını bildirərək, telefonla danışdığı zaman nalayiq ifadələr işlətməsi sübuta yetirilir. Bu səbəbdən o, İXM-in 510-cu maddəsinə əsasən təqsirli bilinərək müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşdə olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:00-da tutulmuşdur. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini nəzərə alır və hesab edir ki, o, İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin Məcəllənin 510-cu maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs 1 gün inzibati qaydada tutulduğu vaxt təyin olunmuş inzibati tənbehdən çıxılmalıdır. İnzibati qaydada həbsetmənin əvvəli xx.xx.2024-cü ildən hesablanmalıdır. İXM-də göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir (66.2). Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz (66.3). “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 04 (dörd) gün müddətinə inzibati qaydada həbs olunsun. Şəxs inzibati qaydada tutulduğu 01 (bir) gün həmin müddətdən çıxılmaqla, üzərində qəti olaraq 03 (üç) gün inzibati həbs saxlansın. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-528/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-528/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver