Məhkəmə qərarları › İş №3(060)-529/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-529/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-529/2023 03.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 və vəkili Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 36, mənzil 44 olan Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinə əsasən 31 yanvar 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 31 yanvar 2023-cü il tarixdə saat 16:20-də Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37 ünvanında Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı sertifikatsız tibb fəaliyyətinin-X8 Ədalət qızı-və lisenziyadan kənar iş və fəaliyyətin-otorinoloringologiya aşkar edilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər 28 fevral 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 izahat verərək bildirdi ki, protokola etiraz edir. X2 əsas iş yeri dövlət müəssisəsidir. Onun sertifikasiyasının vaxtına hələ bir az müddət qalmışdır, həm də sertifikasiyaya əsas iş yeri göndərir. Onların sertifikasiyaya göndərmək ixtiyarı yoxdur. Plastik cərrahiyyəyə icazələri var. Həmin vaxt xəstə gələndə onun burnunda çəpər əyriliyi müəyyən olunmuşdur. Plastik əməliyyat etdiklərinə görə çəpər əyriliyi ilə bağlı da əməliiyyat etmişlər. Onların çəpər əyriliyi əməliyyatını etməyə sertifikatları yoxdur, lakin plastik əməliyyat zamanı əyrilik müəyyən olunur. Əyriliyi düzəltmədən plastik əməliyyat etmək mümkün deyildir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili Nümayəndə təmsil etdiyi hüquqi şəxsi inzibati xətaların törədilməsində təqsirli bilməyərək izahatında göstərdi ki, həmin anestezioloq yarımştat həkim olduğu üçün həmin MMC onu sertifikasiyaya göndərə bilmir, çünki o dövlət xəstəxanasının həkimidir, oradan göndərilməlidir. Xəstənin müraciəti plastik əməliyyata olmuşdur, əyrilik əvvəldən olmamışdır. İlk hadisədir, protokol qərəzlidir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkilini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs MMC-nin İXM-nin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün hüquqi şəxs həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında da müəyyən olundu ki, Şəxs MMC-yə məxsus klinikada anestezioloq X1 tibb fəaliyyəti ilə məşğul olması və klinikanın lisenziyadan kənar otorinoloringologiya üzrə xidmət göstərməsi aşkar edilmişdir. Hər iki inzibati xətanın törədilməsi təsdiq edilir və bunlar eyni vaxtda aşkar olunsa da müxtəlif vaxtlarda törədilmişlər. İş materialında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X10nin 26 yanvar 2023-cü il tarixli, 101 №-li qərarından görünür ki, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 36, mənzil 44 olan Şəxs MMC-də təşkilatın fəaliyyətinin yoxlanılması barədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materialında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X10nin planlı (növbəti) yoxlama keçirilməsi haqqında 30-xx.xx.2023-cü il tarixli, 55 №-li aktından görünür ki, müraciət müəllifi olan xəstə Rusiya vətəndaşı X12 qeyd etdiyi Sumqayıt şəhərindəki Şəxs MMC-yə məxsus özəl tibb müəssisəsində aldığı müalicə barədə araşdırılma aparılması üçün xəstəlik tarixi, cərrahi əməliyyatların qeydiyyat jurnalı, stasionara qeydiyyat jurnallarının qiymətləndirilməsi üçün yerində baxılmışdır. Həmçinin xəstənin aambulator müayinəsi və sonrakı cərrahi müalicəsini aparılmış həmin otorinolaringoloq Azər Verdiyev, həkim-anestezioloq Ayşən Cəlilov və baş həkim Abbasova Natəvan ilə söhbət edilmişdir. Nəticədə xəstənin ilkin olaraq Sumqayıt şəhərində yerləşən digər tibb müəssisəsində ambulator müayinə olunduğunu, xarici burun deformasiyası, burun çəpərinin əyriliyi diaqnozu ilə cərrahi əməliyyat üçün Şəxs MMC-yə məxsus özəl tibb müəssisəsinə xx.xx.2022-ci il tarixdə birbaşa stasiona müalicəyə daxil olunduğu müəyyən edilmişdir. Ambulator müayinə və qoyulmuş diaqnoza dair heç bir qeydiyyat aparılmamışdır. Xəstəlik tarixinə əsasən müəyyən edilir ki, xəstə xx.xx.2022-ci il tarixdə stasionar müalicəyə xarici burun deformasiyası, burun çəpər əyriliyi diaqnozu ilə daxil olunmuş, əməliyyat öncəsi müayinə olunaraq həmin gün saat 08:30-da həkimotorinolarinqoloq Azər Verdiyev tərəfindən ümumi ansultiya altında “qapalı septorinoplastika” əməliyyatı icra edilib. Əməliyyatdan sonra xəstə reanimasiya və intensiv terapiya salonunda yerləşdirilmiş və 40 dəqiqə sonra əməliyyat sahəsində qanaxma başlamış, həmçinin aspirasiya baş vermişdir. Bununla əlaqədar xəstə təkrar cərrahi əməliyyata götürülmüşdür. Təkrar cərrahi əməliyyat zamanı qanaxma dayandırılmış və tənəffüs yolları salanya edilmişdir. Tibb personalı ilə söhbət əsasında müəyyən edilir ki, əməliyyatdan sonrakı dövrdə hepatornal sindrom fonunda ağ ciyər ödəmi, daha sonrakı saatlarda kəskin böyrək çatışmamazlığı və sepsis inkişaf etmişdir. Aparılmış ultrasəs müayinə zamanı sağ böyrəyin izlənilməmiş və digər laborator müalicələr nəticəsində xəstədə kəskin sol böyrək çatışmamazlığı inkişaf etdiyi müəyyən edilmişdir. Aparılmış müalicə və intensiv terapiya tədbirlərinə baxmayaraq xəstəninn ümumi vəziyyətində yaxşılaşma qeyd olunmamış və xəstə ağır vəziyyətdə “X19” klinikasının reanimasiya şöbəsinə köçürülmüşdür. Müvafiq müalicədən xəstə nisbi kafi vəziyyətdə evə buraxılmışdır və Rusiya Federasiyasına getmişdir. Xəstəlik tarixinin və digər sənədlərinin natamam doldurulması və bəzi qeydlərin uyğun olmadığını göstərir. Xəstənin əməliyyat öncəsi dəyərləndirilməsi tam olaraq aparılmamış, belə ki xəstə barəsində ətraflı anamnez toplanılmamış, abdominal ultrasəs müayinəsi aparılmadığından xəstədə sağ böyrəyin olmaması, müalicə həkimi və həkim anestezioloqun nəzərində olmamışdır. Həkimanestezioloq X3 müddəti xx.xx.2022-ci ildə bitmişdir. Lakin həkim motorinolarinqoloq Azər Verdiyevin praktik tibbi fəaliyyət üçün sertifikasiya şəhadətnaməsi mövcuddur. Özəl tibb fəaliyyətinin subyekti mövcud qanunvericiliyin tələblərinə və kliniki protokollara uyğun keyfiyyətli tibbi xidmətlərin göstərilməsi qismən təmin edilir. Şəxs MMC-yə verilmiş lisenziya əlavəsinə stasionar tibbi xidməti üzrə otorinolarinqoloji işinin icazəsinin olmadığı müəyyən edilmişdir. İş materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində “X10” Publik hüquqi şəxsinə daxil olmuş Şəxs MMC barəsində məlumatlardan görünür ki, Şəxs MMC ********** VÖEN əsasında hüquqi şəxs qismində Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 36, mənzil 44 ünvanında ambulator, stasionar və səyyar tibbi fəaliyyətlər göstərir. İxtisas növləri üzrə terapevtik, pulmonoloji, kardioloji, qastroenteroloji, nefroloji, endokrinoloji, allerqoloji, nevropatoloji, dermatoloji, kosmetoloji, fizioterapevtik, ümumi cərrahi, plastik cərrahi, uroloji, travmatoloji-ortopedik, anestezioloji-reanimatoloji, ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla), terapevtik stomatoloji, ortopedik stomatoloji, pediatrik, rentgenoloji, nüvə-maqnit rezonansı, kompüter tomoqrafiyası, ultrasəs müayinəsi, oftalmoloji, otorinolarinqoloji, klinik, klinik-biokimyəvi işlər görülür. Stasionar tibbi xidmət üzrə Ümumi cərrahi, plastik-cərrahi və anestezioloji-renimatoloji işlər görülür. İş materialında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X11 "xxxx" MMC-də həkim-onestezioloq vəzifəsində işləyir. İş materialında olan xx.xx.2022-ci il tarixli epikrizdən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə ümumi anesteziy altında “Septorinoplastika” əməliyyatı edilmişdir. Xəstəyə antibakterial, desensibilizəedici və ümumi qüvvətləndirici müalicə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə xəstədə sepsis, aspirasyon pnevmaniya, ağ ciyər ödemi, kəskin böyrək çatmamazlığı müəyyən olunmuşdur. Xəstə sonrakı müalicə üçün xx.xx.2022-ci il tarixdə X19 klinikasına ağırlaşma ilə köçürülmüşdür. Son kiliniki diaqnoz:burun tənıffüsünün çətinləşməsi ilə burun çəpərinin əyriliyi, xarici burunun deformasiyası, sepsis, aspirasyon pnevmaniya, ağ ciyər ödemi, kəskin böyrək çatmamazlığı. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* saylı xəstəlik tarixindən görünür ki, pasiyent Yarıyeva Leyla burun çəpərinin əyriliyi, xarici burunun deformasiyası ilə cərrahiyyə olunaraq "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə daxil olmuş və xx.xx.2022-ci il tarixdə çıxmışdır. İş materiallarında olan 089447 saylı, 3 may 2016-cı il tarixli lisenziyadan görünür ki, Şəxs MMC-yə özəl tibb fəaliyyəti göstərməsi üçün müddətsiz lisenziya verilmişdir. İş materiallarında olan AH 021828 saylı, xx.xx.2016-cı il tarixli sertifikasiya şəhadətnaməsindən görünür ki, X7 anesteziologiya-reanimatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşöul olmaq üçün icazə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə X15 Klinika MMC-də həkimanestezioloq-reanimatoloqu vakant vəzifəsi üzrə həmin vəzifəyə yeni işçi qəbul olunana qədər yarımştat olaraq əmək funksiyalarını yerinə yetirməsi həvalə edilmiş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı bəndinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Həmin Qanunun 59-cu bəndinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində “X10” Publik hüquqi şəxsinə daxil olmuş Şəxs MMC barəsində məlumatlardan görünür ki, Şəxs MMC tərəfindən (lisenziya əlavəsində) göstərilən işlərdən kənar, yəni otorinolorinqoloji iş və tibb fəaliyyətlərini həyata keçirmişdir. Yuxarıda sadalanan iş materialları ilə Şəxs MMC-də lisenziya əlavəsində göstərilən işlərdən kənar iş və tibb fəaliyyəti göstərməsi öz təsdiqini tapmış və Şəxs İXM-in 215.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Bundan başqa “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı bəndinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Yuxarıda sadalanan iş materialları ilə Şəxs MMC-yə məxsus tibb müəssisəsində çalışan tibb işçinin sertifikasiyadan keçmədən fəaliyyətə buraxılması öz təsdiqini tapmış və Şəxs İXM-in 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar ilə tam sübut olunur. İXM-in 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC İXM-nin 215.1 və 215.4-cü maddələri ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 36, mənzil 44 olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilı 6000 (altı min) manat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilı 6000 (altı min) manat cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən tətbiq edilmiş tənbehlər qismən toplanılmaqla Şəxs (VÖEN **********) qəti olaraq 7.000,00 (yeddi min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar