Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-530/2023 31.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X17 Məmmədovin sədrliyi, X6 katibliyilə, inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən hüquqi ünvanı ünvan 1yəti (bundan sonra mətndə "xxxx" MMC) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 215.1 və 215.4-cü maddələrinə əsasən 01 fevral 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 01 fevral 2023-cü il tarixdə saat 13:25-də ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada planlı yoxlama zamanı sertifikasız tibb fəaliyyəti (otolarinqoloq X18 və.s) və lisenziyadan kənar iş və fəaliyyət (stasionar ginikologiya, stasionar otorinolarinqologiya) stasionar endokrinologiya (üz çənə cərrahiyyəsi) fəaliyyəti müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər 28 fevral 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılması 13 mart 2023-cü il tarixə təyin olunmuş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işin baxılması 17 mart 2023-cü il tarixə təxirə salınmışdır. 17 mart 2023-cü il tarixdə protokol tərtib etmiş orqanın nümayəndəsi təkrarən məhkəmə iclasına gəlmədiyindən işin baxılması 31 mart 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X10 izahatında göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X8nin əməkdaşları Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-də planlı yoxlama həyata keçirmişlər. Planlı yoxlama zamanı tibb işçiləri X12, X18 və X1 tibb fəaliyyəti ilə məşğul olması müəyyən olunmuşdur. Eyni zamanda lisenziyadan kənar iş və fəaliyyət yəni, stasionar ginikoloji, stasionar endokrinoloji və üz çənə cərrahiyyəsi fəailiyyəti aşkar edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" MMC-nn İXM-nin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törətməsinə görə həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 təmsil etdiyi hüquqi şxəsi inzibati xətaların töədilməsində qismən təqsirli bilərək izahatında göstərdi ki, qeyd olunan qanun pozuntuları bilavasitə "xxxx" MMC-nin rəhbərlik edən şəxslərin təcrübəsiziliyindən irəli gəlmişdir. Tamella Vəliyeva MMC-yə 1 ilə yaxındır ki, rəhbərlik edir. Həmin MMC-nin keşmiş rəhbəri Tamella Vəliyevaın əri koronvirus xəstəliyindən dünyasını dəyişmiş, onun varisi kimi Tamella Vəliyeva rəhbərliyi qəbul etmişdir. X11 tibb sahəsində təcrübəsi azdır. Sahibkarlıq sahəsində aparılan yoxlama zamanı qeyd olunan nöqsanların aradan qaldırılması barədə protokolda qeyd olunan çatışmazlıqların aradan qaldırılması öhdəliyini götürsələr də, belə hesab edir ki, qeyd olunan nöqsanlar vəsifəli şəxsin törətdiyi qanun pozuntuları kimi qəbul edilərək İXM-nin 215.1 və 215.4-cü maddələri ilə vəzifəli şəxsin məsuliyyətə cəlb olunması daha düzgün olardı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkilini və protokolu tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, "xxxx" MMC-nin İXM-nin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün hüquqi şəxs həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X8nin 18 yanvar 2023-cü il tarixli, 65 №-li qərarından görünür ki, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 69B olan "xxxx" MMC-də təşkilatın fəaliyyətinin yoxlanılması barədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materialında olan "xxxx" MMC-yə ünvanlanan plan üzrə (növbəti) yoxlamanın keçirilməsi barədə bildirşdən görünür ki, "xxxx" MMC-nin fəaliyyət ünvanı ünvan 3 2023-cü il tarixlərində plan üzrə (növbəti) yoxlama keçiriləcəkdir. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq, yoxlamaya əsas olan sənədlərin surətləri Sizə rəsmi şəkildə təqdim olunur və yoxlayıcı (yoxlayıcılar) tərəfindən "xxxx" MMC-nin fəaliyyət ünvanı ünvan 3 2023-cü il tarixlərində plan üzrə (növbəti) yoxlamanın keçirilməsinə şərait yaradılmasını xahiş olunmuşdur. İş materialında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X8nin planlı (növbəti) yoxlama keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 60 №-li aktından görünür ki, xx.xx.2023-cü il tarixli, 65 №-li qərar ilə, 13:25-də "xxxx" MMC-də yoxlama başlanılmışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, müəssisədə sertifikasiya şəhadətnaməsi olmadan özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkar edilmişdir. X12 – baş həkim/cərrah, X18 – lor cərrah, xx.xx.2023-cü il tarixdə işdən çıxarılan X13 tibb bacısı, X14 üç-çənə cərrahı, digər sual üzrə müəssisədə lisenziyada (lisenziya əlavəsində) göstərilən işlərdən kənar iş və fəaliyyət aşkar edilmişdir: Stasionar ginikoloji, stasionar endokrinoloji iş və fəaliyyət, təsdiqedici tibb sənədləri (xəstəlik tarixləri: 0959071-uşaqlığın fibromioması, 0959081-uşaqlığın sallanması, ******* düyünlü zob, ******* və ******* - üzçənə cərrahı və.s qeyd olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində “X8” Publik hüquqi şəxsinə daxil olmuş "xxxx" MMC barəsində məlumatlardan görünür ki, "xxxx" MMC ********** VÖEN əsasında hüquqi şəxs qismində ünvan 2 ünvanında ambulator və stasionar tibbi fəaliyyətlər göstərir. İxtisas növləri üzrə Terapevtik, Kardioloji, Qastroenteroloji, Allerqoloji Nevropatoloji, Ümumi cərrahi, Anestezıolojı-reanımatoloji, Ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla), Ultrasəs müayinəsi Otorinolarinqoloji, Klinik, Klinik-biokimyəvi işlər görünür. Ambulator tibbi xidmət üzrə Terapevtik, Kardıoloji, Qastroenteroloji, Allerqoloji, Nevropatolojı, Ginekoiojı (ekstrakorporal mayalandırma istisna olmaqla), Ultrasəs müayinəsi, Klinik, Klinikbiokimyəvi işlər görünür. Stasionar tibbi xidmət üzrə Ümumi cərrahi, Anesteziolojireanimatoloji və Otorinolarinqoloji işlər görülür. İş materialında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X15 "xxxx" MMC-də müddətsiz ümumi cərrah/baş həkim vəzifəsində işləyir. İş materialında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X9 "xxxx" MMC-də müddətsiz üz cənə cərrahı vəzifəsində işləyir. İş materialında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X18 "xxxx" MMC-də müddətsiz otolorinqoloq vəzifəsində işləyir. Ona məxsus sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, sertifikasiya şəhadətnaməsinin etibarlıq müddəti xx.xx.2022-ci il tarixədəkdir. İş materialında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X7 "xxxx" MMC-də müddətsiz otolorinqoloq vəzifəsində işləyir. İş materialında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X13 "xxxx" MMC-də müddətsiz tibb bacısı vəzifəsində işləyir. Ona məxsus sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, sertifikasiya şəhadətnaməsinin etibarlıq müddəti xx.xx.2021-ci il tarixədəkdir. İş materialında olan 9 №-li ******* saylı xx.xx.2023-cü il tarixli cərahi əməliyyat qeydindən görünür ki, cərrah Paşayev.B tərəfindən pasiyent Sədaqət Əbilovanı uşaqlığın fibromioması, total histerktomiyası əməliyyatı etmişdir. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* saylı xəstəlik tarixindən görünür ki, pasiyent Sədaqət Əbilova uşaqlığın fibromiomasından cərrahiyyə olunaraq "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə daxil olmuş və xx.xx.2023-cü il tarixdə çıxmışdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı bəndinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Həmin Qanunun 59-cu bəndinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində “X8” Publik hüquqi şəxsinə daxil olmuş "xxxx" MMC barəsində məlumatlardan görünür ki, "xxxx" MMC tərəfindən (lisenziya əlavəsində) göstərilən işlərdən kənar, yəni stasionar ginikoloji, stasionar endokrinoloji iş və tibb fəaliyyətlərini həyata keçirmişdir. Yuxarıda sadalanan iş materialları ilə "xxxx" MMC-də lisenziya əlavəsində göstərilən işlərdən kənar iş və tibb fəaliyyəti göstərməsi öz təsdiqini tapmış və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 215.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Bundan başqa “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı bəndinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Yuxarıda sadalanan iş materialları ilə "xxxx" MMC-yə məxsus tibb müəssisəsində çalışan tibb işçinin sertifikasiyadan keçmədən fəaliyyətə buraxılması öz təsdiqini tapmış və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC tərəfindən İXM-nin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar ilə tam sübut olunur. İXM-in 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC İXM-nin 215.1 və 215.4-cü maddələri ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı ünvan 1yəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi nəzərə alınmaqla 7.000,00 (yeddi min) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-530/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-530/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver