Məhkəmə qərarları › İş №3(060)-530/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-530/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-530/2024 04.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, X1 Samux RPŞ-nin X5 Bölməsinin inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətin baxmağa hazırlanması məsələsinə baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib edilmiş İXP596367 saylı protokol üzrə qəbul edilmiş qərarın ona verilməməsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Müəyyən edilmişdir ki, şikayətin nəticə hissəsi qeyri-müəyyən yazılmış, inzibati xəta haqqında qərarın ləğv edilməsi tələbinin olub-olmaması göstərilməmiş, ümumi formada qeyd edilmişdir ki, “protokol üzrə qəbul edilmiş qərarın ona verilməməsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir”. Həmçinin şikayətə müvafiq qərarın surəti əlavə edilmədiyi üçün belə bir qərarın olub-olmaması, olduğu halda isə şikayət vermə müddətinin ötürülüb-ötürülməməsi də məhkəmə üçün qeyri-müəyyəndir. Nəzərə almaq lazımdır ki, şikayətin məzmununa əsasən də, şikayət vermiş şəxs özü də müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərarın mövcud olub-olmaması barədə dəqiq məlumatlı deyil. Şikayətdə inzibati xəta haqqında protokol tərtib edilməsi qeyd edilir, lakin həmin protokolun və protokol əsasında qəbul edilmiş qərarın ona verilmədiyi göstərilmişdir. Qeyd edilən səbəbdən də, yəni müvafiq inzibati xəta haqqında iş üzrə qərarın mövcud olubolmamasının məhkəmə üçün qeyri-müəyyən olması səbəbindən işin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyil. Digər tərəfdən şikayətdə ərazi aidiyyəti qaydalarına da əməl edilməmişdir. Belə ki, şikayətdə qeyd edilən məlumatlara əsasən hadisə Samux rayonu ərazində baş vermişdir. Lakin, şikayət ərazi üzrə Samux rayon Məhkəməsinə deyil, Sumqayıt Şəhər Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarına əsasən isə inzibati tənbeh tətbiq etmə barədə qərarlardan şikayət inizbati xətanın törədilməsi yeri üzrə müvafiq rayon (şəhər) məhkəməsinə verilə bilər. Həmin qərara əsasən şikayət həmçinin barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Yəni, şəxs şikayətinə yaşayış yeri üzrə baxılmasını istəyirsə şikayətlə eyni zamanda müvafiq vəsatət də verməlidir. Hazırki halda isə belə bir vəsatət şikayətə əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalı, şikayətçiyə yuxarıda qeyd edilən çatışmazlıqları aradan qaldırdıqdan sonra, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmiş aidiyyət qaydalarına uyğun məhkəməyə müraciət edə biləcəyi izah edilməldir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Samux RPŞ-nin X5 Bölməsinin inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İnzibati tənbeh tətbiq etmə barədə qərardan hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən çatışmazlıqlar aradan qaldırılmaqla müvafiq aidiyyət qaydalarına uyğun şikayət etmək hüququnun olması X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar