Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-532/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, şikayət vermiş şəxs Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin inzibati xəta haqqında iş üzrə 25.01.2021-ci il tarixli TP ******* №li qərarından Şəxs tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: Şəxs şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Baş X3 İdarəsinin inzibati xəta haqqında iş üzrə 25.01.2021-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Şəxs şikayətində göstərmişdir ki, 13.01.2021-ci il tarixdə Bakı şəhəri Yusif Səfərov küçəsi ilə 28 may küçəsinin kəsişmə hissəsində hərəkətdə olan zaman YPX əməkdaşı ona dayan əmri vermişdir. Lakin o bunu qarşısında avtobusun olmağı, YPX əməkdaşının məhdud görünmə və qarışıqlıq olan yerdə olması səbəbindən görməmişdir. Arxasınca **- YP-*** dövlət qeydiyyat nişanlı YPX-nin avtomobili gəlmiş və səs siqnalı ilə verdiyi saxla əmrinə tabe olmuşdur. YPX-nin əməkdaşı onun maşınına yumruq və şəxsi telefonu ilə dəfələrlə zərbələr vurmuş və maşının qapsına zor tətbiq etmişdir. Bunlara heç bir əsas olmadan ona İXM-nin 327.1 və 327.3-cü maddələri ilə protokol tərtib etmişdir. Protokoldan narazlığını bildirsə də, heç bir sübut olmadan protkolla bağlı qərar verilmiş və protokol qüvvədə saxlanılmışdır. Hazırda narazlığının yaranma səbəbi onun əməlində heç bir qayda pozuntusunun tərkibinin olmamasıdır. Belə ki, 327.1 maddəsinin tələbinin pozulması ilə bağlı Yusif Səfərov küçəsindən 28 may küçəsinə hərəkət etmək üçün yerdə müvafiq nişanlanma xətti mövcuddur. Bundan əlavə 327.3-cü maddəsinin tələbinin pozulmasına gəldikdə isə həmin vaxt o, YPX-nin əməkdaşının saxla əmrini görməmişdir. Ona səs siqnalı ilə verdiyi saxla əmrinə isə tabe olmuşdur. Şikayətə baxılması 18 fevral 2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə dövlət yol polis idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Şəxs şikayətə uyğun izahat verərək barəsində Baş X3 İdarəsinin tərətindən tərtib olunmuş 25.01.2021-ci il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə nəqliyyat vasitəsini dayandırdıqda, həmin əməkdaş yaxınlaşdıqdan sonra bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən sənədləri yoxlanılması üçün ona təqdim etməlidir və zəruri olduqda həmin əməkdaşın tələbi ilə nəqliyyat vasitəsindən çıxmalıdır. Həmin Qanunun 42-ci maddəsinin İ bəndinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və Şəxs öz təqsirsizliyini sübuta yetirməli deyil. Məhkəmə tərəfindən Baş X3 İdarəsinə Şəxs tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişində mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim olunması təklif olunsa da, adı çəkilən İdarə tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmiş qərar ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.4 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin inzibati xəta haqqında iş üzrə 25.01.2021-ci il tarixli TP ******* №li qərarından Şəxs tərəfindən verilmiş şikayət təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin inzibati xəta haqqında iş üzrə 25.01.2021-ci il tarixli TP ******* №li qərarı ləğv edilsin və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddələri olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-532/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-532/2021
18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver