Məhkəmə qərarları › İş №3(060)-532/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-532/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-532/2023 14.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsi tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Texnopark sahəsi ünvanında yerləşən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 21 fevral 2023-cü il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 2023-ci ilin (aylıq) 4-əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqda) hesabatı yanvar ayı üzrə fevral ayının 21-də 6 gün gecikmə ilə təqdim edilmişdir. Protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq protokol tərtib edən “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə qismən təqsirli bilərək göstərdi ki, 2023-ci ilin (aylıq) 4-əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqda) hesabatı yanvar ayı üzrə fevral ayının 21-də 6 gün gecikdirilib, lakin gecikmə qərəzli olmamışdır. Ona görə də, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxsnə yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan statistika hesabatından görünür ki, hesabat məlumatları xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. İş materiallarından olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsi tərəfindən Şəxs ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, müəssisə tərəfindən (aylıq) 4-əmək hesabat məlumatlarının gecikmə ilə təqdim edilməsinə görə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs 2023-ci ilin (aylıq) 4-əmək (işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqda) hesabatı yanvar ayı üzrə fevral ayının 21-də 6 gün gecikmə ilə təqdim edilmişdir. Onun təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə tövsif edilmişdir və Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Texnopark sahəsi ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar