Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-533/2023 13.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyiilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin (bundan sonra mətndə Sumqayıt şəhər Pİ DYPŞ) İTÜİ polis kapitanı Elçin Qasımov tərəfindən 02 fevral 2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 347-ci maddəsi ilə inzibati xəta haqqında AP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, “Fiat Tempra minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən, Sumqayıt şəhəri, 40-cı məhəllə ünvanında yerəşən "xxxx" MMC hüquqi şəxsin mülkiyyətində və yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat 5 (beş) gün müddətində verilməmişdir. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Sumqayıt şəhər Pİ DYPŞ tərəfindən protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması 13 mart 2023-cü il tarixə təyin olunmuşdur. Protokolu tərtib etmiş Sumqayıt şəhər Pİ DYPŞ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin məhkəmə iclsında iştirakını təmin etmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə təmsil etdiyi hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 14 avqust 2020-ci il tarixli **********9 №-li qərarı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində Sumqayıt şəhəri Əlillərin Bərpa Mərkəzinin əsasında Sumqayıt Reabilitasiya Mərkəzi publik hüquqi şəxs yaradılmışdır. Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin İTÜBİ polis kapitanı Elçin Qasımov tərəfindən İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, qeyd olunan protokolda MMCnin mülkiyyətində olan “Fiat Tempra minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunarkən inzibati xətanın törədilməsi zamanı fiziki şəxs haqqında məlumatın 5 gün ərzində verilməsini təmin etməmişdir. Lakin, Mərkəzin balansında olan “Fiat Tempra minik” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil deformasiyaya uğramış, dağılmış, çürümüş, ehtiyyat hissələri sıradan çıxmış və istifadəyə yararsız hala düşdüyü üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təhvil verilərək, 17 aprel 2019-cu il tarixdə balansdan silinmiş və ləğv edilmişdir. Hal-hazırda sözü gedən avtomobil Sumqayıt Reabilitasiya Mərkəzinin mülkiyyətində deyil və eyni zamanda işlək halda deyildir. Məhkəmədən qeyd olunanların nəzərə alınmaqla cəmiyyət barəsində İXMnin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt şəhər Pİ DYPŞ tərəfindən "xxxx" MMC-nin barəsində İXM-nin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli DİN-nin DYP WEB Paortalı çıxarışından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 15:33-də Qendob-Xaçmaz yolu 20.km-Bakı istiqamətində “Fiat Tempra minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsini “Yol hərəkət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki-baxışdan keçirmədən idarə edilmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə”nin surətindən görünür ki, inzibati xəta haqqında bildiriş Sumqayıt şəhəri, 40-cı məhəllədə qeydiyyatı olan "xxxx" MMC-yə göndərilmiş və xx.xx.2021-ci il tarixdə Hümbətov soyadlı şəxs tərəfindən imza çəkilməklə qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş 17 aprel 2019-cu il tarixli Avtomobil nəqliyyatı vasitələrinin ləğvi aktından görünür ki, buraxılış ili 1990-cı il olan, “Fiat Tempra minik” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili, texniki pasportu AA № 932209 olan avtomobilin mühərriki, karbüratoru, starteri, ötürücü qutusu, karteri, təkərlərin diski, kuzov, cihazlar, yanlıqlar, ayaqaltı, arxa körpüaü, sükab idarə mexanikası və akkumlyatoru yararsız halda olması qeyd edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.1-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 157, 209, 212.1, 266.3, 266.4, 290.1.1-290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 327.1- 327.7, 328-331, 332.1-332.3, 333.1, 334.1, 335.1-335.4, 336, 337.1-337.4, 338.1-338.6, 339.1, 342.1.1-342.1.8, 342.1.10, 342.1.11, 342.2-342.7, 343.1, 343.4, 344-347, 352.0.1-352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1-353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355-358, 428.5, 443.2, 510, 513, 514, 517.0.1-517.0.6, 517.0.9-517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583-586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Qüvvədə olan qanunvericiliyin tələblərindən də göründüyü kimi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara dair işlər üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırki iş üzrə inzibati xətanın törədildiyi gündən bir ildən çox müddət keçmişdir. İXM-nin 53.1.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC barəsində İXM-nin 347ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 38.1, 53.1.6, 114.2.1, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi tərəfindən tərtib edilmiş 03 fevral 2022-ci il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-533/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-533/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver