Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-536/2021 09.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 iclas katibliyi, İcra sənədi üzrə tələbkar X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – Ramil Babayevin , Müdafiəçi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə, müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – Ramil Babayev tərəfindən 08 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı№li inzibati xəta haqqında protokol və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə MN seriyalı№li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş 10.03.2015-ci il tarixli icra vərəqəsinə əsasən 01(bir) uşağın saxlanılması üçün hər ay hər uşaq üçün 108( yüz səkkiz) manat olmaqla sabit pul məbləğində aliment tutularaq X4 qızına verilməsi müəyyən edilmişdir. Lakin borclu tərəfindən aliment borcu tam şəkildə ödənilməmiş, ümumilikdə 5581( beş min beş yüz səksən bir) manat məbləğində aliment borcu yaranmış və Şəxs oğlu tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra edilməmişdir. Daha sonra aliment borcunun ödənilməməsinə görə Sumqayıt şəhər məhkəməsinin 28.11.2019-cu il tarixli qərarı ilə Şəxs 500 manat məbləğində cərimə edilmiş və sonuncu həmin cərimə məbləğini də ödəməmişdir. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 08 fevral 2021-ci il tarixli MN seriyalı№li və yenə həmin Məcəllənin 529.2-ci maddəsi ilə 08 fevral 2021-ci il tarixli MN seriyalı№li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-903/2021 və 3(060)-904/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-903/2021 nömrəsi ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 08 fevral 2021-ci il tarixli MN seriyalı№li və yenə həmin Məcəllənin 529.2-ci maddəsi ilə 08 fevral 2021-ci il tarixli MN seriyalı№li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-536/2021 və 3(060)-537/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-537/2021 nömrəsi ilə birləşdirilsin. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-536/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-536/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver