Məhkəmə qərarları › İş №3(060)-537/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-537/2025

28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-537/2025 28.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin YPX baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdam rayonu, Nəmirli ərazi dairəsi, Şuraabad kəndində qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 26 yanvar 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. 26 yanvar 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 12.00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 2105” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Sahil küçəsində “Toyota” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili sağdan vuraraq həmin avtomobilə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin YPX baş inspektoru X2 tərtib etdiyi protokollara uyğun izahat verərək, məhkəmədən Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, hadisə protokolu tərtib etmiş şəxs X1 bildirdiyi kimi olmuşdur. Təqsirini etiraf edir. Zərərçəkmiş şəxsə dəyən zərəri onun sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Maddi imkanın zəyif olmasını nəzərə alaraq barəsində aşağı həddə cərimə cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünü etirafedici izahatı, həmçinin inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 26 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12.00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 2105” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Sahil küçəsində “Toyota” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsindən toqquşaraq həmin avtomobilə maddi ziyan vurmuşdur. Belə ki, iş materiallarında olan 26 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12.00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 2105” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Sahil küçəsində “Toyota” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsindən toqquşaraq həmin avtomobilə maddi ziyan vurmuşdur. İş üzrə zərərçəkmiş şəxs X3 məhkəməyədək icraat zamanı verdiyi izahatında bildirmişdir ki, istifadəsində olan “Toyota” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri Sahil küçəsində Sumqayıt şəhəri istiqamətində hərəkət etmişdir. Həmin vaxt VAZ 2105 markalı **-DD-*** d.q.n.avtomobil anidən sola dönmə işığını yandırmadan sola yerdəyişmə etmiş və onun hərəkət yoluna çıxmış, tormozlama etsə də avtomobilinin sağ tərəfi ilə digər avtomobilin sol arxa yan tərəfindən vuraraq toqquşmuşdur. Hadisə nəticəsində heç bir xəsarət almadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli X6 Sxemindən görünür ki, Şəxs sürücülük hüququ olmamışdır. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərardaddan görünür ki, inzibati xətanı törədən şəxsin yerini müəyyən etmək mümkün olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərardaddan görünür ki, inzibati xətanı törədən şəxsin yeri müəyyən olunduğu üçün inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş dəymiş zərərin məbləği ilə bağlı arayışdan görünür ki, Hadisə nəticəsində Toyota RAV-4 markalı **-BG-*** d.q.n.avtomobilə ümumillikdə 2000 manat ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar