Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-539/2025 18.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Yadigar qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru – Nümayəndə, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qubadlı rayonu, Dondarlı Ərazi Dairəsi, Dondarlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Nümayəndə tərəfindən 28 fevral 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Qubadlı Rayon Məhkəməsinin e-16(028)-29/2024-010 nömrəli, xx.xx.2024-cü il tarixli, Sumqayıt Apellyasiya Məhkəməsinin 16(105)-134/2024-004 nömrəli, xx.xx.2024-cü il tarixli, Qubadlı Rayon Məhkəməsinin e16(028)-22/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli, Qubadlı Rayon Məhkəməsinin e16(028)-6/2025-008 nömrəli, xx.xx.2025-ci il tarixli, Sumqayıt Apellyasiya Məhkəməsinin 16(105)-4/2025-009 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə müəyyən edilmiş öhdəliklərlə bağlı Şəxs icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməmiş, bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt şəhər İcra İdarəsinin böyük icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-539/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmiş, qeyd olunan qərardan Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-158/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 3(060)-539/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilərək material yenidən baxılması üçün birinci instansiya məhkəməsinə, yeni məhkəmə baxışı mərhələsinə qaytarılmış, apellyasiya şikayəti qismən təmin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Nümayəndə məhkəmə iclasında çıxış edərək bildirdi ki, Qubadlı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(028)-22/2024 saylı icra vərəqəsinə əsasən 2(028)-578/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 ilə hər həftənin bazar günü saat 15:00-dan 18:00-a kimi ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Bu icra vərəqəsi xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, icra sənədi üzrə borclu Şəxs icra sənədi barədə məlumat verilmiş, eyni zamanda borcludan həmin icra sənədi üzrə uşaqların ataları ilə ünsiyyətdə olmaq hüququnun təmin edilməsi izah edilmiş və bununla bağlı borcluya dəfələrlə sms-bildiriş göndərilmişdir. Eyni zamanda Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(028)-29/2024 saylı icra vərəqəsinə əsasən 2(028)-685/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Zərərçəkmiş şəxs2 nəvələri xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 12:00-dan 15:00-a kimi ünsiyyət hüququ müəyyən edilmişdir. Bu icra sənədi xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, eyni zamanda borcluya bununla bağlı sms-bildiriş göndərilmiş və borclu Şəxs icra sənədinin icrasını təmin etməmişdir. Eyni zamanda Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(105)-134/2024 saylı icra vərəqəsi xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş, həmin icra sənədi üzrə də Zərərçəkmiş şəxs2 icra vərəqəsində göstərilən Rəşid və Nuray adlı uşaqlarla hər həftənin şənbə günü saat 12:00-dan 15:00-dək görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Qubadlı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(028)-6/2025 saylı icra vərəqəsi üzrə 2(028)-184/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Zərərçəkmiş şəxs3 nəvələri Rəşid və Milay adlı uşaqlarla ünsiyyətdə olub, hər həftənin bazar günü iki saat olmaqla Şəxsın olduğu ünvanda ünsiyyətdə olmaq hüququ müəyyən edilmiş, həmin icra sənədi xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və həmin icra vərəqəsi üzrə də borclu Şəxs icra sənədinin icrasını təmin etmək barədə məlumatlandırılmışdır. Borclu Şəxs sözügedən icra sənədlərinin icrasını təmin etmədiyi üçün barəsində Qubadlı rayon Polis Şöbəsinə axtarış verilmiş, polis şöbəsinin əməkdaşları tərəfindən Şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təqdim edilmiş və borclu barəsində bir neçə icra sənədi bir icraatda birləşdirilərək Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunub və baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə təqdim edilmişdir. Borclu Şəxs yalnız uşaqların ataları ilə ünsiyyətdə olmaq hüququ ilə bağlı icra sənədinin icrasını üç-dörd dəfə təmin etmişdir. Digər tələbkar Zərərçəkmiş şəxs2 icra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olsa da borclu müvəqqəti təminat tədbirlərinin heç birini icra etməmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etibarnamə üzrə nümayəndəsi Vəkil bildirdi ki, beş protokoldan 2-si qüvvədən düşmüş, 3-nün isə icra üsulu dəyişdirilmişdir. Bundan başqa hüquqlarını müdafiə etdiyi şəxs uşaqları hər həftə ataları ilə görüşdürür. Lakin ataları qərəzli şəkildə alimenti ödəmir. Borclu şəxs uşaqları ataları ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsində görüşdürür, görüşdükdən sonra görüşə icazəsi olmayan, aidiyyatı olmayan şəxslər-nənə icra idarəsinə gələrək uşaqla bağlı problem yaradır, dəfələrlə uşağı qaçırmaq istəmişlər. Buna baxmayaraq borclu yenə də uşaqla ünsiyyəti təmin etmək üçün uşağı icra idarəsinə gətirmişdir, uşaq nənə və babasını görmək istəmir, icra idarəsinə psixoloq dəvət olunmuş, o da uşaq üçün mühitin dəyişməli olduğunu, konfliktdən uzaq qalmalı olduğunu bildirmişdir. Lakin tələbkar hər dəfə görüş zamanı səs-küy, münaqişə yaradır. Uşağın babası ilə ünsiyyətdə olması ilə icra sənədi üzrə bildirdi ki, baba ümumiyyətlə görüşə gəlmir, nəvələrini görməyib. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, gəlini doqquz aydır ki, evdən getmişdir, bu müddət ərzində cəmi dörd dəfə uşaqları onlarla görüşdürmüşdür. Bundan sonra ümumiyyətlə uşaqları onlarla görüşməyə icazə vermir. Məhkəmədən borclu şəxsə cəza verilməsini xahiş edir. Məhkəmə ilcasında Zərərçəkmiş şəxs1 bildirdi ki, borclu şəxs ayın 8-dən çıxıb getmiş, uşaqları göstərmədiyindən icra məmuru polisə axtarış vermiş, bundan sonra cərimə olunmuşdur. Onların tələbi uşaqla görüşdür, nə qədər deyilsə də borclu uşaqları gətirmir, görüşdürmür. Məhkəmədən borclu şəxsə ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Qubadlı rayon Məhkəməsinin 16(028)-22/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 2(028)-578/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 ilə hər həftənin bazar günü saat 15:00-dan 18:00-a kimi ünsiyyət hüququ müəyyən edilmişdir. Qubadlı rayon Məhkəməsinin 16(028)-29/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 2(028)-685/2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Zərərçəkmiş şəxs2 nəvələri xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 12:00-dan 15:00-a kimi ünsiyyət hüququ müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 16(105)-134/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs2 nəvələri xx.xx.2020-ci il təvəllüdlü X7, xx.xx.2021-ci il təvəllüdlü X5 ilə 1 ay müddətində hər həftənin şənbə günü saat 12:00-dan 15:00-dək görüşüb ünsiyyətdə olmaq hüququ təmin edilmişdir. Müvəqqəti təminat tədbiri xx.xx.2025-ci il tarixdə qüvvədən düşmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin 16(105)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən birinci instansiya məhkəməsinin müəyyən etdiyi ünsiyyət qaydası (hər həftənin şənbə günü saat 12:00-dan 15:00-a kimi) X1 iştirakı olmadan həyata keçirilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onların yaşayış yeri üzrə (hazırki halda ünvan 2 ünvanında hər həftənin şənbə günü saat 12:00-da cavabdeh X4 tərəfindən ərizəçi Zərərçəkmiş şəxs2 təhvil verilməli, həmin gün saat 15:00-da isə eyni ünvanda Zərərçəkmiş şəxs2 tərəfindən cavabdeh X2 təhvil verilməlidir. Qubadlı rayon Məhkəməsinin 16(028)-6/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən 2(028)-184/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Zərərçəkmiş şəxs3 nəvələri xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 ilə Şəxs iştirakı ilə hər həftənin bazar günü iki saat olmaqla Şəxs olduğu ünvanda ünsiyyət hüququ müəyyən edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs barəsində məcburi gətirilmə tədbiri tətbiq edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi və vəkilinin, zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbirlərinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 16(105)- 134/2024 saylı icra vərəqəsinin müddətinin məhkəmə aktının nəticə hissəsində xx.xx.2025-ci il tarixdə qüvvədən düşməsi qeyd olunmuş, lakin icra məmuru qüvvədən düşmüş məhkəmə qərarına görə vətəndaşın məsuliyyətə cəlb edilməsini tələb edir. Bundan başqa işə əlavə edilmiş Qubadlı Rayon Məhkəməsinin e-16(028)-29/2024 saylı, 13 dekabr 2024-cü iİ tarixli Qərardadı Sumqayıt Apellyasiya Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 16(105)-4/2025 saylı qərarı ilə ləğv edilib və yeni icra vərəsi verilmişdir. Yəni icra məmuru tərəfindən iş materiallarına əlavə edilən növbəti icra vərəqəsi başa düşülən deyildir. Bundan əlavə iş materiallarında xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs3 nəvələri ilə ünsiyyət hüququ müəyyən edilmiş, icra sənədi üzrə xx.xx.2025-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş, inzibati xəta haqqında protokol tərtib olunduğu xx.xx.2025-ci il tarixədək bir bazar günü (xx.xx.2025-ci il tarix) olmuş, bu da icraata başlamaq haqqında qərarın qəbul edildiyi gündən 2 gün sonradır. Yəni həmin icra vərəqi üzrə borclunun xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icra məmurunun tələblərinə tabe olmaması öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-539/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-539/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver