Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-540/2024 04.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4169/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(060)-5292/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(060)-6001/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(060)- 6677/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(060)-718/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə ödəniş etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4169/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli 354492-1-38943 №-li Kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 4141,53 AZN əsas borc, 426,88 AZN faiz borcu və 161,25 AZN cərimə üzrə borcu olmaqla, ümumilikdə 4729,66 AZN borc, məhkəməyə müraciət etmək üçün ödənilmiş 67,30 AZN dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (40 qəpik) AZN xidmət haqqının əvəzi Şəxs tutularaq “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, 2(060)-5292/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 529,9 (beş yüz iyirmi doqquz manat doxsan qəpik) əsas, 20 (iyirmi) manat cərimə, ümumilikdə 549,9 (beş yüz qırx doqquz manat doxsan qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulması, 2(060)-6001/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 6450,19 (altı min dörd yüz əlli manat on doqquz qəpik) manat əsas, 1398,76 (bir min üç yüz doxsan səkkiz manat yetmiş altı qəpik) manat faiz borcu olmaqla, cəmi 7848,95 (yeddi min səkkiz yüz qırx səkkiz manat doxsan beş qəpik) manat borc və 98,49 (doxsan səkkiz manat qırx doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, 2(060)-6677/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1908,28 (bir min doqquz yüz səkkiz manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə olmaqla, ümumilikdə 1938,28 (bir min doqquz yüz otuz səkkiz manat iyirmi səkkiz qəpik) manat borc, 40,99 (qırx manat doxsan doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və 2(060)-718/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 4738,81 (dörd min yeddi yüz otuz səkkiz manat səksən bir qəpik) manat məbləğində əsas borc, 48,27 (qırx səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində faiz, 14,20 (on dörd manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4801,28 (dörd min səkkiz yüz bir manat iyirmi səkkiz qəpik) manat məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 68,01 (altmiş səkkiz manat bir qəpik) manat dövlət rüsumu tutularaq “Bank VTB (Azərbaycan)” ASC-nə ödənilməsi qət edilmişdir. İcra sənədləri icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmişdir. Borclu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş, izahatı alınmış və işləmədiyi, imkanının zəif olduğunu, xəstə olduğunu bildirərək ödəniş etməkdə çətinlik çəkdiyini bildirmişdir. İcra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4169/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli 354492-1-38943 №-li Kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 4141,53 AZN əsas borc, 426,88 AZN faiz borcu və 161,25 AZN cərimə üzrə borcu olmaqla, ümumilikdə 4729,66 AZN borc, məhkəməyə müraciət etmək üçün ödənilmiş 67,30 AZN dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (40 qəpik) AZN xidmət haqqının əvəzi ondan tutularaq “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, 2(060)- 5292/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan iddiaçı "xxxx" MMCnin xeyrinə xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 529,9 (beş yüz iyirmi doqquz manat doxsan qəpik) əsas, 20 (iyirmi) manat cərimə, ümumilikdə 549,9 (beş yüz qırx doqquz manat doxsan qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulması, 2(060)- 6001/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan 6450,19 (altı min dörd yüz əlli manat on doqquz qəpik) manat əsas, 1398,76 (bir min üç yüz doxsan səkkiz manat yetmiş altı qəpik) manat faiz borcu olmaqla, cəmi 7848,95 (yeddi min səkkiz yüz qırx səkkiz manat doxsan beş qəpik) manat borc və 98,49 (doxsan səkkiz manat qırx doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, 2(060)-6677/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1908,28 (bir min doqquz yüz səkkiz manat iyirmi səkkiz qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə olmaqla, ümumilikdə 1938,28 (bir min doqquz yüz otuz səkkiz manat iyirmi səkkiz qəpik) manat borc, 40,99 (qırx manat doxsan doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və 2(060)-718/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ondan 4738,81 (dörd min yeddi yüz otuz səkkiz manat səksən bir qəpik) manat məbləğində əsas borc, 48,27 (qırx səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində faiz, 14,20 (on dörd manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4801,28 (dörd min səkkiz yüz bir manat iyirmi səkkiz qəpik) manat məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 68,01 (altmiş səkkiz manat bir qəpik) manat dövlət rüsumu tutularaq “Bank VTB (Azərbaycan)” ASC-nə ödənilməsi qət edilmişdir. Əvvəl "xxxx" Şirkətində işləmiş, işləyən zaman sinir iflici keçirmiş, müalicə aldıqdan sonra yenidən işə qayıtmış, lakin sonradan işdən çıxarılmışdır. Heç yerdə işləmədiyini, Hepatit Ç xəstəliyindən əziyyət çəkdiyini, bankdan götürdüyü pulları müalicəsinə xərslədiyini, aprel ayının 7-dən yeni işə düzələcəyini və borclarından hissə-hissə ödəyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Tələbkar "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6001/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 6450,19 (altı min dörd yüz əlli manat on doqquz qəpik) manat əsas, 1398,76 (bir min üç yüz doxsan səkkiz manat yetmiş altı qəpik) manat faiz borcu olmaqla, cəmi 7848,95 (yeddi min səkkiz yüz qırx səkkiz manat doxsan beş qəpik) manat borc və 98,49 (doxsan səkkiz manat qırx doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Borclu ilə bank arasında kredit müqaviləsi bağlandıqdan sonra iki dəfə 275 (iki yüz yetmiş beş) manat ödəniş etmiş, məhkəmə qətnaməsi çıxarılandan isə ödəniş etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs xəstə olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.3-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kmi nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4169/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(060)-5292/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(060)-6001/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(060)- 6677/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(060)-718/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə ödəniş etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində inzibati cərimə cəzası tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-540/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-540/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver