Məhkəmə qərarları › İş №3(060)-543/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-543/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-543/2025 01.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Məmmədova Sevda Zeynal qızının iştirakı ilə Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 25853913 saylı qərardan X2 Zeynal qızı tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X2 Zeynal qızı Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, EQ 25853913 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə qərarının ləğv edilməsini xahiş etmişdir. Məmmədova Sevda Zeynal qızı ərizəsini onunla əsaslandırmışdır ki, EQ 25853913 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətdiyinə görə 100 manat, 3 bal cərimə olunmuşdur. Deməli, hadisə Sumqayıt ərizisinə mənsub 13-cü mikrorayon, Qayalı Goldun parking sahəsinə giriş zamanı insident hadisə xx.xx.2025-ci il tarixində 10-34 dəq radələri ərzində baş verib. O, Məmmədova Sevda Zeynal qızı Sumqayıt şəhəri sakini olduğu üçün demək olar ki, hər gün insident hadisə baş verən yerdən zolağı kəsib keçir. Çünki, üfüqü xətlər kəsik-kəsik olduğu üçün, parkin sahəyə giriş-çıxış üçün qanuni xətlər daima olub və o, nizam-intizamlı sürücü olduğu üçün heç vaxt tələbləri pozmamışdır. Lakin məlum vərdiş olunmuş yolda keçmiş yerdəki işarətləmələr yeniləndiyi üçün Sumqayıt Şəhər Yol polisi ərazisinə baxan müfəttişlərin nəzərindən qaçmış, yerə iki qoşa xətt çəkib, qırıq qırıq xətləri çəkməyi unudublar. Çünki iki qoşa xətt sola dönmə qaydasına icazə vermir. Bu nöqsan elə həmin gün 12-01 radələrində aradan qaldırılmış (çəkilmiş fotoşəkli var, təqdim edə bilər), qoşa üfuqi xətt artıq kəsikkəsik üfuqi xətlərlə əvəz olunmuşdur. Həmin gün ərzində aradan qaldırılmış nöqsanlı üfuqi nişanlanmaya görə o, Məmmədova Sevda Zeynal qızı nəyə görə cərimə ödəməlidir? Əgər yol nişanlanması nataman idisə, müvəqqəti olaraq yol dayandırılıb, təhlükəsizlik nişanları qoyulub nişanlanma tamamlandıqdan sonra istifadəyə verilməli idi. Bu nöqsana görə məlum vərdiş olunmuş yolda vətəndaşın dönmə manevrası qanun pozuntusu hesab edilə bilməz. Deməli, Sevda Məmmədova həmin gün 12-01 radələrindən sonra o üfuqi xətdən keçsə idi, cərimə olunmayacaqdır. Bütün bunlar absurd səslənir. Yol nişanlanmasına bu xoşa gəlməz hala səbəb olan işçilərin cəzalandırılmasını və ona təhbeh olunan cərimənin aradan qaldırılmasını xahiş edir. Əks təqdirdə bir vətəndaş olaraq hüquqlarının kobud şəkildə pozulması və psixi emosional durumuma travma kimi dəyərləndirmək olar. Öz vətəninə layiqincə xidmət edən bir vətəndaş kimi şikayətinə baxılmasını və ədalətli qərar verilməsini xahiş edir. EQ 25853913 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə qərarının ləvğ edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Məmmədova Sevda Zeynal qızı şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 25853913 saylı qərara əsasən Məmmədova Sevda Zeynal qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 25853913 saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir.” İş materiallarından görünür ki, inzibati xətanın qeydə alındığı Sumqayıt şəhəri, Babək küçəsində eyni tarixdə çəkilmiş fotoşəkillərdə üfüqi nişanlanma xətlərinin fərqli olduğu müşahidə olunur. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasını təxirə salsa da, Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Məmmədova Sevda Zeynal qızının şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25853913 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Məmmədova Sevda Zeynal qızının şikayəti qismən təmin edilsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 25853913 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar