Məhkəmə qərarları › İş №3(060)-545/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-545/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-545/2023 28.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs-Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis baş leytenantı Cəlil Qəhrəmanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs, Zərərçəkmiş şəxslər X3 və X4 iştirakları ilə, xx.xx.1972-ci ildə Quba ray., 2-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində qardaşı arvadı X2 Sumqayıt şəhəri, Yaşıl dərə qəsəbəsi həyət evində əl zərbələri ilə üzündən, qollarından və başından vuraraq xəsarət yetirməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda adı çəkilən Polis Bölməsi tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində X5 Sumqayıt şəhəri, Yaşıl dərə qəsəbəsi həyət evində döymüş bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolları tərtib edən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis baş leytenantı Cəlil Qəhrəmanov protokolda göstərilənlərə uyğun izahat verərək qanuni qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, X8 doğma övladı, Nailə isə gəlinləridir. O, spirtli içki aludəçisidir və mütəmadi olaraq spitrli içki içir, içki içdiyi vaxtlarda davranışımı itirdiyindən hər bir şeyə əsəbləşərək münaqişə yaradır. O, bir necə dəfə narkolojii dispanserdə müalicə alsa da dispanserdən çıxdıqdan bir müddət sonra yenidən içməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində qonşuda kanalizasiya borusu üçün yer qazıb işini qurtardıqdan sonra qonşu nahar üçün ona yemək və araq vermiş, o, qonşunun israrı ilə 200 qram araq içmiş, oradan saat 16:40 radələrində çıxaraq evə gəldikdə əşyaların dağınıq olduğunu görüb hasar qonşuluğunda yaşayan Nailənin ondan xəbərsiz evə gəlib əşyaları dağıtdığını düşünərək onların həyətinə gedərək Nailədən evinin əşyalarını onun dağıtdığını soruşmuşdur. Bu zaman orada olan oğlu Tərlan evdən çıxıb ona yaxınlaşıb əşyaları hərbi biletini axtaran zaman onun dağıtdığını demiş, o, isə heç bir söz deməyib evinin həyətinə keçmişdir. Tərlanda hərbi biletini axtarmaq üçün ünvan 2 ünvanında yaşayan nənəsigilə getmişdir. O, həyətdə dayanıb ünvansız nəlayiq ifadə işlətdikdə Nailənin onun barəsində xoşagəlməz sözlər dediyini eşidib onların həyətinə getmiş və orada Nailə ilə aralarında yaranmış mübahisə zamanı Nailənin üzündən əl zərbəsi ilə vurub yenidən öz həyətimə qayıtmışdır. Həyətdə olarkən atası Xəlil onlara gəlib onu danladıqda onların arasında söz mübahisəsi yaranmışdır. Tərlan onun sinəsindən itələyib atasını sakitləşdirib onları yola saldıqda Tərlanın ona qarşı kobud davranışına əsəbləşərək əl zərbəsi ilə onun sağ göz nahiyyəsindən vurub evdən çıxaraq 12-ci mikrorayon istiqamətinə getmişdir. Hal-hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də, icraata xitam veriməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslər ilə barışmışdır. Özünü təqsirli bilir, icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, Şəxs onun qaynıdır. Fərrux spirtli içki aludəçisidir və mütəmadi olaraq spitrli içki içərək heç bir əsaslı səbəb olmadan evdə münaqişə yaradır. Fərrux bir necə dəfə narkoloji dispanserdə müalicə alsada dispanserdən çıxdıqdan bir müddət sonra yenidən içməyə başlamışdır. Fərruxun mütəmadi olaraq ailə üzvləri ilə münaqişə yaratması səbəbindən 2002-ci il təvəllüdlü oğlu Tərlan 4 aydır ki, onlarla birlikdə qalır. xx.xx.2023-cü il tarixdə saat 16:40 radələrində Fərrux onların həyətinə gəlib səs-küy salıb münaqişə yaradaraq ona Fərruxun evinin əşyalarını dağıtmaqda günahlandıran zaman onlarla olan Tərlan səsə çölə çixaraq Fərruxa yaxınlaşıb əşyaları hərbi biletini axtaran zaman onun dağıtdığını demişdir. Fərrux öz evlərinin həyətinə keçdikdə Tərlanda hərbi biletini axtarmaq üçün ünvan 2 ünvanında yaşayan nənəsigilə getmişdir. O, həyətdə olan zaman 10 dəqiqə sonra Fərrux onlarına həyətinə gəlib gözləmədiyi halda əl zərbələri ilə üzündən, başından, qollarından vurmağa başlamışdır. O, Fərruxu özündən kənara itələyib kənara çəkilərək Tərlana zəng edərək Fərruxun həyətlərinə gələrək münaqişə yaradıb onu döydüyünü demişdir. Tərlan gəldikdə Fərrux öz həyətlərinə keçmiş, qaynatası Xəlil gəlib Fərruxu etdiklərinə görə danladıqda onların arasında söz mübahisəsi yaranmışdır. Tərlan Xəlili sakitləşdirib yola saldıqda Fərrux Tərlanla mübahisə edərək gözləmədikləri halda əl zərbələri ilə Tərlanın başından və sağ göz nahiyyəsindən vurmuşdur Lakin hazırda Şəxs ilə barışmışdır. Ona qarşı heç bir tələbi yoxdur. Ona görə də, icraata xitam veriməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 bildirdi ki, Şəxs onun doğma atasıdır. Atası Fərrux spirtli içki aludəçisidir və mütəmadi olaraq spitrli içki içərək heç bir əsaslı səbəb olmadan evdə münaqişə yaradır. Atası Fərrux bir neçə dəfə narkolojü dispanserdə müalicə alsada dispanserdən çıxdıqdan bir müddət sonra yenidən içməyə başlamışdır. Atası Fərruxun mütəmadi olaraq ailə üzvləri ilə münaqişə yaratması səbəbindən o, 4 aydır ki, hasar qonşuluğunda yaşayan əmisi Familgildə qalır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində o, öz evlərinə gedib evin müəyyən əşyalarını dağıdıb hərbi biletini axtarsa da tapa bilməmiş və əmisigilə qayıtmışdır. 40 dəqiqə sonra əmisigildə olan zaman atası Fərruxgilin həyətinə gəlib münaqişə yaradaraq səs-küy salıb əmisi arvadını onların evinin əşyalarını dağıtmaqda günahlandıran zaman o, səsə çölə çıxmış, atasının sərxoş olduğunu görüb ona yaxınlaşıb əşyaları hərbi biletini axtaran zaman onun dağıtdığını demişdir. Atası öz evinin həyətinə keçdikdən sonra o, hərbi biletini axtarmaq üçün tək ünvan 2 ünvanında yaşayan nənəsigilə getmişdir. Nənəsigildə olarkən əmisi arvadı Nailə ona zəng edərək atası Fərruxun onların həyətinə gələrək münaqişə yaradıb onu döydüyünü demişdir. O, təcili öz evinin həyətinə gəlmiş, həmin zaman atası həyətdə tək dayanmışdır. Onun arxasınca babası Xəlil gəlib atası Fərruxu etdiklərinə görə danladıqda onlar arasında söz mübahisəsi yaranmış, o, babasını sakitləşdirib əmisigilə yola saldıqda Fərrux ounla mübahisə edərək gözləmədiyi halda əl zərbələri ilə başından və sağ göz nahiyyəsindən vurmuşdur. Lakin hazırda Şəxs ilə barışmışdır. Ona qarşı heç bir tələbi yoxdur. Ona görə də, icraata xitam veriməsini xahiş edir. Zərərçəkmiş şəxs X8 məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 fevral 2023-cü il tarixli qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan AR SN “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, №87 saylı rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol Bazunun yuxarı 1/3-nin bayır səthinin qançırı. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla, xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, A/108 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə” aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə “orta dərəcə” alkoqol sərxoşluğu olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xətaya dair materialları, proses iştirakçılarının izahatı ilə birlikdə araşdıraraq, tərəflərin razılığını nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarından və izahatlardan görünür ki, tərəflər barışmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 53.1.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar