Məhkəmə qərarları › İş №3(060)-55/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-55/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-55/2023 24.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs - Şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsi ilə inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X3 YPX-nin polis baş serjantı X2 tərəfindən xx.xx.2022-ci il tarixli, AP seriyalı ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 09:25 radələrində K.Axundov küçəsində işıq sistemindən istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı sürücü avtomobili sərxoş halda idarə etdiyi aşkarlanmışdır. Bununla da Abbasov X1n Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X3 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən 333.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan həmin maddə üzrə işə baxılmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, özünü təqsirli bilmir, xx.xx.2022-ci il tarixdə K.Axundov küçəsində “Toyota Prius” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yol polis əməkdaşları tərəfindən saxlanılmışdır. YPX əməkdaşı avtomobilə yaxınlaşmış, ona avtomobildən düşməsini, YPX avtomobilini əyləşməsini bildirmiş və o, da YPX avtomobilinə əyləşmişdir. YPX əməkdaşı ona qanunsuz taksi fəaliyyəti ilə məşğul olmasını bildirmiş, o isə taksi fəaliyyəti ilə məşğul olmadığını və işə getdiyini demişdir. Bundan sonra YPX əməkdaşı onu alkotestr vasitəsi ilə müayinə etmiş və onun sərxoş halda avtomobil idarə etdiyini bildirmişdir. O, içki qəbul etmədiyini deməsinə baxmayaraq YPXəməkdaşları onun avtomobilini cərimə meydançasına aparmışlar. Dəfələrlə polis əməkdaşlarına onu aparıb Sumqayıt RND-də müayinədən keçirməklərini bildirsə də, onlar onu Dispanserə aparmaışlar. Məcbur olub özü müayinədən təxminən 03 (üç) saat sonra Sumqayıt şəhər RND-nə getmiş, müayinə olunmuş və sərxoş olmadığı müəyyən olunaraq 6581 №-li, xx.xx.2022-ci il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı verilmişdir. O, yenidən DYPŞ-nə yaxınlaşmış, aktı təqdim etmiş, YPX əməkdaşları ondan aktı almış və materialın məhkəməyə göndəriləcəyini bildirmişlər.Bundan sonra o, DİN-nin 102 xidmətinə müraciət etmişdir. Bütün bunları nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi xx.xx.2022-ci il tarixli alkotest qəbzi ilə öz təsdiqini tapır. Alkotestr qəbzinə görə Şəxs müayinə vaxtı (xx.xx.2022-ci il, saat 09:20-də) 1,181 promil sərxoşluq vəziyyəti aşkarlanmışdır. İş materiallarında olan Sumqayıt şəhəri Narkoloji Dispanseri tərəfindən tərtib olunmuş 6581 №-li, xx.xx.2022-ci il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, Şəxs (xx.xx.2022-ci il, saat 12:25-də) sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Məhkəmə Şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, iki fərqli Tibbi Aktın mövcud olması və həmin rəylərdən hansının daha mötəbər hesab edilməsinə aydınlıq gətirilməsi barədə dəlillərə gəldikdə birinci müayinədən 03 saat müddət keçməsi mümkünlüyünü nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxsin ikinci dəfə həkim müayinəsindən keçməklə sərxoşluq vəziyyətinin olmaması barədə əldə etdiyi rəy həqiqəti əks etdirmir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Göstərilənlərə əsasən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyətini ağırlaşdıran və yüngülləşdirən halın olmamasını nəzərə alır və hesab edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi xx.xx.2022-ci il tarixli alkotest qəbzi ilə öz təsdiqini tapmışdır. Ona görə də, inzibati tənbehin məqsədinə nail olmaq üçün ona nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Abbasov X1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar