Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-55/2024 09.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materialın baxılmağa hazırlanması məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə 08 yanvar 2024-cü ildə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilib, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 45-ci bəndində göstərilmişdir ki, Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin satılması, yaxud qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərlə bağlı qadağan edilmiş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) istisna olmaqla malların satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 8.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən tərtib edilir (45.2.). Həmin “Siyahı”nın 8.1-ci bəndində göstərilmişdir ki, Məcəllənin 181.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol: inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – iqtisadiyyat naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, tabeliyində olan regional bölmələrin rəhbərləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi tərəfindən tərtib edilir. Göründüyü yuxarıda qeyd edilən “Siyahı”ya əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair inzibati xəta haqqında protokolu tərtib etmək hüququna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından həmin Nazirliyin müvafiq vəzifəli şəxləri malikdirlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hazırkı protokol isə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin sahə rəisi tərəfindən tərtib edilmişdir ki, həmin şəxs belə bir səlahiyyətə malik deyildir. İXM-in 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Ona görə də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-55/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-55/2024
09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver