Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-551/2021 11.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, “Azərbaycan Meliorasiya” (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialın baxlmağa hazırlanması məsələsinə baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinə “Azərbaycan Meliorasiya” (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, daxil olmuş materiallar natamamdır, işə baxılarkən tamamlamaq mümkün deyildir. “Azərbaycan Meliorasiya” (VÖEN: **********) tərəfindən törədilən inzibati xəta ilə bağlı araşdırma aparılarkən və protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməmişdir. Protokol “Azərbaycan Meliorasiya” (VÖEN: **********) barəsində tərtib edilmiş, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin məhkəməyə ünvanlanan 091-5824-1221 saylı, xx.xx.2021-ci il tarixli məktubunda isə hüquqi şəxs “Tikilməkdə olan Meliorasiya və X1 Müdiriyyəti” kimi göstərilmişdir. Vergi ödəyicilərinin məlumatlarında ********** saylı VÖEN Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 aiddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “Azərbaycan Meliorasiya” (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2021-ci il tarixli, AP ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-551/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-551/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver