Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-553/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 08 fevral 2021-ci il tarixli, 00700-0013/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt səhəri, məhəllə 32, ev Sülh küçəsi, “Qalatasaray” Ticarət Mərkəzi olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İnzibati Xətalar Məcəlləsinin) 485.1-ci maddəsinə əsasən 08 fevral 2021-ci il tarixli 00700-0013/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Sumqayıt BGİ-nin Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən daxil olmuş 34/012/003125 saylı raportda ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN **********) ünvanına 01 iyul 2020-ci il tarixdə Türkiyə Respublikasından 99NE167/99ZH167 nömrə nişanlı nəqliyyat vasitəsində daxil olmuş və **********0184 nömrəli gömrük bəyannaməsi ilə Sumqayıt Bas Gömrük İdarəsində “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmiş “Mercedes, Daf və Man avtomibilləri üçün ehtiyyat hissələri” yükünə aid bəyannamə və ona əlavə edilmiş sənədlərin yoxlanılması zamanı qeyd olunan yükə aid mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron formada tərtib olunan **********1349 saylı qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi ** NE ***/** ZH *** deyil ** NE ***/** ZN *** qeyd edildiyi müəyyən edilmişdir. Faktla bağlı Sumqayıt BGİ Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat Böİməsində 00700-0013/21 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC 01 iyul 2020-ci il tarixdə Türkiyə Respublikasından 99NE167/99ZH167 nömrə nişanlı nəqliyyat vasitəsində “Mercedes, Daf və Man avtomibilləri üçün ehtiyyat hissələri” yükü ölkə ərazisinə daxil olmuş və **********0184 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin qeyd olunan yükə aid **********0184 saylı bəyannamənin və ona aid əlavə edilmiş sənədlərin yoxlanması zamanı müəyyən edilmişdir ki, qeyd olunan yükə aid mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron formada tərtib olunan 1**********1349 saylı qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin dartıcının nömrəsi düzgün, qoşqusunun nömrəsi 99ZH167 deyil 99ZN167 kimi yəni H hərfi N həfi kimi qeyd edilmişdir. Qısa idxal bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsini düzgün bəyan etməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən tərtib edilmiş 08 fevral 2021-ci il tarixli 00700-0013/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir və qeyd olunan material 10.02.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC ********** VÖEN əsasında 2 saylı Ərazi Vergilər Departamenti Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində vergi uçotu orqanı kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 01 iyul 2020-ci -ci il tarixli **********0184 sorğu nömrəli Gömrük Bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 99NE167/99ZH167 nömrə nişanlı nəqliyyat vasitəsi ilə göndərilmiş “Mercedes, Daf və Man avtomibilləri üçün ehtiyyat hissələri” yükü daxil olmuşdur. İş materiallarında olan Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsi haqqında 22 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs MMC tərəfindən təqdim edilən 07 iyul 2020-ci il tarixli **********0184 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılmış” gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər ölkə ərazisinə daxil olmamışdan öncə elektron formada tərtib olunan 1**********1349 saylı qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi ** NE ***/** ZH *** deyil ** NE ***/** ZN *** kimi qeyd edilmişdir. İş materiallarında olan 28.06.2020-ci -ci il tarixli **********1349 sorğu nömrəli Gömrük Bəyənnaməsindən 21-ci qrafasında görünür ki, sərhəddən keçən nəqliyyat vasitəsinin nömrəsi kimi ** NE ***/** ZN *** qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Türkiyə Respublikasından 99NE167/99ZH167 nömrə nişanlı nəqliyyat vasitəsində “Mercedes, Daf və Man avtomibilləri üçün ehtiyyat hissələri” yükü ölkə ərazisinə daxil olmuş və **********0184 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Lakin qeyd olunan yükə aid **********0184 saylı bəyannamənin və ona aid əlavə edilmiş sənədlərin yoxlanması zamanı müəyyən edilmişdir ki, qeyd olunan yükə aid mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron formada tərtib olunan 1**********1349 saylı qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin dartıcının nömrəsi düzgün, qoşqusunun nömrəsi 99ZH167 deyil 99ZN167 kimi yəni H hərfi N həfi kimi qeyd edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük İdarəsi Sumqayıt Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 08 fevral 2021-ci il tarixli, 00700-0013/21 saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 485.1-cü maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt səhəri, məhəllə 32, ev Sülh küçəsi, “Qalatasaray” Ticarət Mərkəzi olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 250,00 (iki yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-553/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-553/2021
23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver