Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-553/2022 21.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş şəxsin nümayəndəsi:Sumqayıt ŞPİ-nin 2-ci PB-nin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 2-ci məhəllə, 15G-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş 17.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 17.02.2021-ci il tarixdə, saat 17:00 radələrində Bakı-Quba magistralında Sumqayıt ŞPİ-nin YPX-nin əməkdaşı sürücülük vəsiqəsini tələb edərkən, YPX-nin əməkdaşına sürücülük vəsiqəsini təqdim etməyərək qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Məhkəmədə protokol tərtib etmiş şəxsin nümayəndəsi Sumqayıt ŞPİ-nin 2-ci PB-nin polis sahə rəisi, polis leytenantı X2 bildirdi ki, Şəxs 17.02.2021-ci il tarixdə saat 17:00 radələrində Bakı-Quba magistralında Sumqayıt ŞPİ-nin YPX-nin əməkdaşı sürücülük vəsiqəsini tələb edərkən, YPX-nin əməkdaşlarına sürücülük vəsiqəsini təqdim etməyərək polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə raport əsasında təhvil verilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 17.02.2022-ci il tarixdə təxminən saat 17:00 radələrində Bakı-Quba magistralında özünə məxsus Reno markalı 99SM589 dövlət nəqliyyat nişanlı avtomobili ilə H.Zeynalabdin qəsəbəsi ərazisindən üzü Yaşma istiqamətinə hərəkət edən zaman onunla üz-üzə gələn YPX-nin avtopatrulu saxla işarəsi vermiş, o yol hərəkəti qaydasını pozmadığı üçün işarəni ona verdiyini başa düşməmiş və sonradan YPX-nin avtopatrulu arxasınca gələrək ona saxla işarəsi vermiş, o avtomobilini saxlamışdır. YPX-nin əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edib ona bildirmişdir ki, ötmə əməliyyatına icazə olmayan yerdə ötmə əməliyyatını pozmuşdur, o onlara bildirmişdir ki, bu yol bir maşınlıq yoldur, heç bir ötmə əməliyyatı etməmişdir. Polis əməkdaşı ondan sürücülük vəsiqəsini tələb etmiş, o yol hərəkətini pozmadığı üçün onlara bildirmişdir ki, “sən də öz vəsiqəni təqdim et, görüm sən kimsən, mən sürücülük vəsiqəmi təqdim edəcəm”. Polis əməkdaşları onu avtomobilinin qapısını açaraq qolundan yapışaraq kobud şəkildə onu avtomobilindən zorla yerə salmışlar, polis bölməsinə dəvət etmişlər ki, polisin qanuni tələbinə tabe olmur. Ailəlidir, göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid kimi izahat verən Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşı X4 bildirdi ki, 17.02.2022-ci il tarixdə 99YP161 dövlət qeydiyyat nişanlı patrul maşınında polis kapitanı Fariz Ramazanzadə ilə birlikdə Bakı-Quba yolunda xidmət apararkən 99SM589 nömrəli nəqliyyat vasitəsi ötmə etdiyi üçün tərəfindən saxlanılmışdır. O sürücüyə yaxınlaşıb özünü təqdim etmiş və qayda pozuntusunu izah etdikdən sonra sənədlərini təqdim etməsini xahiş etmişdir. Sürücü sürücülük vəsiqəsinin xarici dövlətə məxsus olduğunu bildirərək təqdim etməkdən imtina etmişdir. O sürücüyə izah etmişdir ki, xarici dövlətə məxsus sürücülük vəsiqəsini xidmətində olan bort komputer vasitəsilə aşkar etmək olmur. Ancaq sürücü onun qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Daha sonra isə mobil telefon vasitəsilə özü və həyat yoldaşı kimi özünü təqdim etmiş xanım qanunsuz çəkiliş edərək onları şantaj etməyə başlamışdır.Sonda sürücü sənədlərini təqdim etmədiyi və qanuni tələblərinə riayət etmədiyi üçün PPX əməkdaşlarını dəvət etmişlər. Həmin şəxs bölməyə təmin olunduqdan sonra məlum olmuşdur ki, sürücü Şəxsdur. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, protokol tərtib etmiş şəxsi və şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. İşdə Şəxs ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxsnın şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 05 (beş) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB**********2500366125 VÖEN: **********) köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-553/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-553/2022
21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver