Məhkəmə qərarları › İş №3(060)-553/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-553/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-553/2023 15.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, xx.xx.2002-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 343.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin YPXnin, polis serjantı X1 tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, “Hundai Elantra minik” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 329.1 və 343.1ci maddələrinin pozulması halına yol verilmiş, nəticədə İXM-nin 329.1 və 343.1-ci maddələrində nəzərdə tutlmuş inzibati xətalar törədilmişdir. İnzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 01 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 15 mart 2023-cü il tarixə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 343.1-ci maddədən əlavə İXM-nin 329.1-ci maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 329.1-ci maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 343.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. İş materialında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 7209 №li xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs (xx.xx.2022-ci il saat 23:00) tibbi müayinədən imtina etmişdir. İş materialında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 569/2022 №li xx.xx.2022-ci il tarixli narkotik vasitələrinin və sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (xx.xx.2022-ci il saat 13:45) narkotik vasitələrinin istifadəsi və sərxoşluq vəziyyəti aşkar olunmamışdır. İş materialında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 7231№li xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (xx.xx.2022-ci il saat 20:40) narkotik vasitə olan marixuana qəbulu faktı aşkarlanmışdır. İş materialında olan xx.xx.2022-ci il tarixli Şəxs izahatından görünür ki, etibarnamə əsasında idarə etdiyi “Hundai Elantra minik” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində hərəkətdə oan zaman YPX-nın əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı onun sərxoş olmasından şübhələnən YPX-nın əməkdaşı onu həkim müayinəsindən keçməli olduğunu bildirmişdir. Müayinədə olan zaman onu alkotsetr vasitəsi ilə yoxlanılmasını bildirmiş, lakin sidiyindən analiz götürüləcəyi ona bildirildikdə o buna öz etirazını bildirərək analiz verməkdən imtina etmişdir. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə polis əməkdaşının iştirakı olmadan həkim müayinəsindən keçmiş və onda narkotik vasitələrinin istifadə faktı aşkar olunmamışdır. İş materiallarından görünür ki, Şəxs məxsus BD 704767 saylı sürücülük vəsiqəsi xx.xx.2021-ci ildən xx.xx.2031-ci ilədək etibarlıdır. Şəxs İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol və Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 7209 №li xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə öz təsdiqini tapır. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs müayinə vaxtı (xx.xx.2022-ci il saat 23:00) tibbi müayinədən imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 343.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirli bilinsin və o 400,00 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar