Məhkəmə qərarları › İş №3(060)-556/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-556/2022

02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-556/2022 02.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarət Baş İdarəsinin inzibati xəta haqqında 15 fevral 2022-ci il tarixli, MN № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarət Baş İdarəsi (bundan sonra mətndə Miqrasiya Nəzarət Baş İdarəsi) tərəfindən Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 578.2-ci maddəsinə əsasən 15 fevral 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, (VÖEN **********) Şəxs MMC tərəfindən 4 nəfər Ukrayna vətəndaşı Yuri Laptiev, Oleh Kurinko, Stepan Kurtiev və Anatoli Redkonun iş icazələri olmadan əmək fəaliyyətinə cəlb edilmişdir. Miqrasiya Nəzarət Baş İdarəsi tərəfindən inzibati xəta haqqında protokol baxılmaq üçün məhkəməyə göndərilmiş və qeyd olunan material 18.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 02 mart 2022-ci il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 578.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 578.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC ********** VÖEN əsasında 2 saylı Ərazi Vergilər Baş idarəsində Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi uçotu orqanı kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında əlavə edilmiş inzibati xəta haqqında 10.02.2022-ci il tarixli, MN ******* saylı protokoldan, X1 09.02.2022-ci il tarixli izahatından və 10.02.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Ukrayna vətəndaşı X2 ilk dəfə Azərbaycana 05.06.2021-ci il tarixdə gəlmiş, onu Şəxs MMC şirkəti dəvət edib, həmin şirkətdə o, mühəndis-mütəxəssis vəzifəsində işləmişdir. İş yeri Sumqayıt şəhərində yerləşir. Hər ay ona 100 dollar əmək haqqı ödənilir. Ukrayna vətəndaşı X2 tərəfindən İXM-nin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən, yəni şəxsi iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğundan o həmin maddə ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilməklə 60 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. İş materiallarında əlavə edilmiş inzibati xəta haqqında 10.02.2022-ci il tarixli, MN ******* saylı protokoldan, X3 09.02.2022-ci il tarixli izahatından və 10.02.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Ukrayna vətəndaşı X3 ilk dəfə Azərbaycana 05.06.2021-ci il tarixdə gəlmiş, onu Şəxs MMC şirkəti dəvət edib, həmin şirkətdə o, istehsalatın tədqiqatı ilə məşğul olur. İş yeri Sumqayıt şəhərində yerləşir. Hər ay ona 100 dollar əmək haqqı ödənilir. Ukrayna vətəndaşı X3 tərəfindən İXM-nin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən, yəni şəxsi iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğundan o həmin maddə ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilməklə 60 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. İş materiallarında əlavə edilmiş inzibati xəta haqqında 10.02.2022-ci il tarixli, MN ******* saylı protokoldan, X4 09.02.2022-ci il tarixli izahatından və 10.02.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Ukrayna vətəndaşı X4 ilk dəfə Azərbaycana 06.04.2021-ci il tarixdə gəlmiş, onu Şəxs MMC şirkəti dəvət edib, həmin şirkətdə onun işi avadanlqla tanış olmaqdan, onu tədqiq etməkdən, hər hansı nasazlıq yarandığı halda onu aradan qaldırmaqdan ibarətdir. İş yeri Sumqayıt şəhərində yerləşir. Ukrayna vətəndaşı X4 tərəfindən İXM-nin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən, yəni şəxsi iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğundan o həmin maddə ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilməklə 60 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. İş materiallarında əlavə edilmiş inzibati xəta haqqında 10.02.2022-ci il tarixli, MN ******* saylı protokoldan, X6 09.02.2022-ci il tarixli izahatından və 10.02.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Ukrayna vətəndaşı X6 ilk dəfə Azərbaycana 05.06.2021-ci il tarixdə gəlmiş, onu Şəxs MMC şirkəti dəvət edib, həmin şirkətdə onun işi avadanlqla tanış olmaqdan, onu tədqiq etməkdən, hər hansı nasazlıq yarandığı halda onu aradan qaldırmaqdan ibarətdir. İş yeri Sumqayıt şəhərində yerləşir. Ukrayna vətəndaşı X4 tərəfindən İXM-nin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən, yəni şəxsi iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğundan o həmin maddə ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilməklə 60 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.67-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 578-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti baxır. Azərbaycan Respublikası Miqrsiya Məcəlləsinin 51.1-ci maddəsinə sasaən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. Belə ki, iş üzrə inzibati tənbeh vermə haqqında protokollardan, izahatlardan və inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, Ukranya vətəndaşları X2, X3, X4 və X6 Şəxs MMC tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxsləri iş icazəsi alınmadan işə cəlb edilmişdirlər. İXM-nin 578.2-ci maddəsinə görə eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədildikdə - vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 30.000,00 (otuz min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya Altun Telyəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar