Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-557/2025 10.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, X2, X1 iştirakları ilə, Bakı şəhər X16 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər X16 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X14 Federasiyası vətəndaşıdır. Onun sürücülük vəsiqəsi vardır. O, müvvəqəti olaraq Sumqayıt şəhərində qeydiyyata alınmışdır. Bakı şəhərində “Mersedes Benz” markalı, ** LP *** dövlət nömrəli nəqliyyat vasitəsini idarə edən zaman yol patrul xidmətinin əməkdaşları onu saxlamış və xx.xx.2025-ci il tarixli protokol tərtib etmişdirlər. Protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən tərtib edilmişdir. Onun sürücülük vəqisəsi olan təqdirdə bu maddə ilə inzibati tənbeh almağı əsasız və qanunsuzdur. O protokoldan şikayət vermiş, şikayəti ilə əlaqədar ona şifahi olaraq bildirilmişdir ki, protokolun və qərarın qəbulu üçün “Yol hərətəkəti haqqında qanunun” 35-1-ci maddəsi əsas götürülmüşdür. Azərbaycan Respublikası ərazisində müvvəqəti və ya daimi yaşamaq icazəsi aldıqda icazə alındıqdan bir ay müddətində nəqliyyat vasitəsini idarə etmək mümkündür. O, nə müvvəqəti, nə də daimi yaşamaq icazəsi almamışdır. Belə olan təqdirdə ona bu maddənin tələbləri tətbiq edilə bilməz. Bu halları o, şikayətində göstərsə də, qərar qəbul olunmuş və o, cərimə edilmişdir. O, müvvəqəti yaşamaq icazəsi almadığı üçün ölkədə olma müddəti ərzində öz sürücülük vəsiqəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Bu səbəbdən qeyd edilən qərar ləğv edilməli və inzibati xətaya dair işə xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X7 şikayət ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, o, yanvar ayında Azərbaycan Respublikasına gəlmişdir. Hazırda nə müvəqqəti, nə də daimi yaşamaq icazəsi yoxdur. O, hüquqşünasla məsləhət etmiş və ona turist kimi gəldikdə Rusiya Fedrasiyası tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə müvəqqəti avtomobili idarə etmək hüququnun olduğu bildirilmişdir. O, qeyd edilən qərardan inzibati orqana şikayət etsə də, onun şikayəti təmin edilməmiş və avtomobili cərimə meydançasına aparılmışdır. Göstərilənlərə əsasən şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Bakı şəhər X16 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Bakı şəhər X16 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X16 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Bakı şəhər X16 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər X16 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 həmin tarixdə “Mersedes Benz E200D” minik markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edilməsinə görə Azərbaycan Respublikasının İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, bu səbəbdən də həmin maddə ilə təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətə əlavə edilmiş 76 ******* nömrəli pasportdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X3 Federasiyasının vətəndaşıdır. Məhkəmə iclasında təqdim edilmiş 99 12 797160 nömrəli sürücülük vəsiqəsindən görünür ki, X7 etibarlılıq müddəti xx.xx.2029-cu ilədək müəyyən edilmiş Rusiya Federasiyasının sürücülük vəsiqəsinə malikdir. Məhkəmə iclasında təqdim edilmiş ** DD ***694 nömrəli Beynəlxalq sürücülük vəsiqəsinin surətindən görünür ki, X7 etibarlılıq müddəti xx.xx.2026-cı ilədək müəyyən edilmiş beynəlxalq sürücülük vəsiqəsinə malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati yənbeh tətbiq edilməsinə dair qərar qəbul edilmiş X3 Federasiyasının vətəndaşı olmaqla xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Şikayət verən şəxs Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi, eyni zamanda beynəlxalq sürücülük vəsiqəsinə malikdir. O, Azərbaycan Respublikası ərazisində nə daimi, nə də müvəqqəti yaşamaq icazəsi almadığını bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə tətbiq edilir. Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqələri əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrinin idarə olunmasının şərtləri isə “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə bu cür vəsiqələrin Respublika ərazisində etibarlıq müddətinə dair müddəalar birbaşa müəyyən edilməmişdir. Bununla belə, qanunverici həmin normada Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan xarici vətəndaşların və apatridlərin üzərinə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti bitməmiş sürücülük vəsiqəsini dəyişdirmək vəzifəsini qoymuşdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin İİ bəndində isə göstərilmişdir ki, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Qeyd edilən Qanunun normasının mənasından aydın olur ki, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququ yalnız Respublikaya qanuni əsaslarla gəlmiş, burada yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar gələn şəxslərə məxsusdur. Həmin maddənin ikinci cümləsində isə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməli olduğu göstərilmişdir. Hazırki iş üzrə məhkəmə qeyd edir ki, barəsində qərar qəbul edilmiş X8 Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşamaq üçün icazə almadığını bildirmişdir. Lakin, qeyd edilən halın məhkəmə tərəfindən dəqiqləşdirilməsi mümkün olmadığından, həmçinin, inzibati tənbeh tətbiq edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmadığından, məhkəmə hesab edir ki, X5 barəsində Bakı şəhər DYPİ-nin polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilməli və göstərilən halların araşdırılması məqsədilə iş yenidən baxılmaq üçün Bakı şəhər X16 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 şikayəti qismən təmin olunsun. Bakı şəhər X16 İdarəsinin polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X16 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-557/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-557/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver