Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-558/2024 11.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, «Borçalı-99» firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Sumqayıt Şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Sumqayıt Şəhər Statistika İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən «Borçalı-99» firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 04 mart 2024-cü il tarixdə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 2023-ci il üzrə müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından istifadə haqqında (İKT) illik rəsmi statistika hesabatının son təqdim edilmə tarixi xx.xx.2024-cü il tarixinədək olduğu halda hesabat təqdim olunmamışdır. Protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq protokol tərtib edən “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Sumqayıt Şəhər Statistika İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Borçalı-99» firmasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarından olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Sumqayıt Şəhər Statistika İdarəsi tərəfindən «Borçalı-99» firmasına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, illik rəsmi statistik hesabat təqdim edilmədiyindən protokol və inzibti xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, «Borçalı-99» firması tərəfindən 2023-ci il üzrə müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından istifadə haqqında (İKT) illik rəsmi statistika hesabatının son təqdim edilmə tarixi xx.xx.2024-cü il tarixinədək olduğu halda hesabat təqdim olunmamışdır. Onun təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə tövsif edilmişdir və «Borçalı-99» firması həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan «Borçalı-99» firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-558/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-558/2024
11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver